PDF Oxu

Siyasət

  • 1 326

İslam dünyasının incisi - ŞUŞA - TƏHLİL

İslam dünyasının incisi - ŞUŞA - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: «Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir»

Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhəri tarix boyu çox möhtəşəm tədbirlərin keçirildiyi məkan olub. Bu qədim və əsrarəngiz şəhər Qafqazın konservatoriyası, Azərbaycanın musiqi beşiyi sayılıb. Şuşa yalnız muğam sənətimizin, musiqimizin, poeziyamızın inkişafında özünəməxsus yeri və rolu olan şəhər deyil. Elmin, təhsilin tərəqqisində də Şuşanın, müxtəlif sahələrdə böyük nailiyyətlər əldə etmiş, uğurlar qazanmış şuşalıların adı, şöhrəti var. XX əsrin son onilliyinə qədər bu şəhərdə vaxtaşırı yüksəksəviyyəli, yaddaqalan tədbirlər düzənlənib. 1992-ci il mayın 8-də Şuşa Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalıb. Otuz ilə yaxın yağı düşməndən qurtulacağı, ayrılmaz bir hissəsi olduğu Azərbaycana qovuşacağı günü gözləyən Şuşanın sakinlərinin, bütövlükdə xalqımızın arzuları 2020-ci il noyabrın 8-də çin oldu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün azərbaycanlıların adından Şuşaya gözaydınlığı verdi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!".

Bəli, hər gün inkişaf edən, gözəlləşən Şuşa artıq 30 ildən sonra yenidən beynəlxalq tədbirlərin mərkəzinə çevrilib.

Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı artıq bərpa olunub. Artıq bu gün mayın 11-də növbəti “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçirilib. Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Prezident İlham Əliyev tədbirdə çıxış edərək bildirib…

«ŞUŞANIN İSLAM DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI ELAN OLUNMASI MÜSƏLMAN DÜNYASININ AZƏRBAYCANA HÖRMƏTİNİN ƏLAMƏTİDİR»

Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışı zamanı Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuşdur və bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə - qardaş ölkələrə öz təşəkkürünü bildirib.

“Şuşa bu şərəfli ada layiq görülüb və biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik”, - deyə dövlətimizin başçısı bildirib ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir: «Biz İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyət göstəririk. Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir»

Dövlətimizin başçısı qeyd edib: “Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq”.

«ŞUŞANIN TARİXİ SİMASININ BƏRPASI İSTİQAMƏTİNDƏ FƏAL İŞLƏR GEDİR. ŞUŞA, SÖZÜN ƏSL MƏNASINDA, DİRÇƏLİR»

Dövlətimizin başçısı Şuşa şəhərin görülən işlərlə bağlı tədbir iştirakçılarına məlumat vermib. Bildirib ki, Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir: «Şuşa, sözün əsl mənasında, dirçəlir».

Şuşanın bir çox tarixi və dini abidələrinin işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdıldığını vurğulayan dövlətimizin başçısı deyib ki, hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır.

Prezident İlham Əliyev onu da vurğulayıb ki, Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir: «Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi».

Şuşanın şəhər döyüşləri nəticəsində azad edilməsinin tariximizin parlaq səhifəsi olduğunu bir daha vurğulayan dövlətimizin başçısı deyib: «Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir»

«ƏMİNƏM Kİ, BUNDAN SONRA AZƏRBAYCAN TORPAQLARINDA DAİM SÜLH OLACAQ»

Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışı zamanı söyləyib ki, əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq: «Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin».

Bəli, bu gün Azərbaycan ədalətli sülhün tərəfdarıdır. İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində dörd il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi və Azərbaycan düşmən ölkəyə qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edir. Hazırda regionda yeni reallıqlar yaranıb və bu reallıqlar qanunilik və legitimliyə əsaslanır və bu gün Ermənistanın bir yolu var, o da Azərbaycanın təklifləri ilə razılaşmaqdır.

Bəli, bu gün Cıdır düzündə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında Prezident İlham Əliyev cənablarının çıxışından Ermənilər bu dəfə bir nəticə çıxarmalıdır. Çünki bu gün bu kimi tədbirlər Şuşanın savaş mərkəzi yox, mədəniyyət və incəsənət mərkəzi olduğunu, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının söylədiiyi kimi, Şuşanın islam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir.

Çünki Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Və Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!».Bu ….

QALİB LİDERİN QƏTİYYƏTİNİN VƏ UZAQGÖRƏNLİYİNİN, «ƏZİZ ŞUŞA, BİZ SƏNİ DİRÇƏLDƏCƏYİK!» SÖZÜ İLƏ ƏMƏLİNİ ÜST-ÜSTƏ DÜŞMƏSİNİN REALLIĞIDIR

Bəli, Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin 20 illik gərgin əməyinin nəticəsində formalaşan güclü Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi, ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi, "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı. Və İkinci Qarabağ savaşını “Dəmir yumruq”la qazanan Ali Baş Komandan İlham Əliyev “dəmir iradə” ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr reallaşdırır.

Beləliklə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Şuşada beynəlxalq əhəmiyyətli toplantıların, xüsusi iclasların keçirilməsi böyük siyasi və rəmzi məna daşıyır. Və hər gün yeniləşən, gözəlləşən Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi şəhərimizi mədəniyyətin, incəsənətin beşiyi kimi dünyaya tanıdacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər