1995-ci ildə Heydər Əliyev Bolqarıstana rəsmi səfərindən başlayaraq Bolqarıstan Respublikası ilə qurulan diplomatik əlaqələr bu gün inkişaf etdirilir. Yeni-yeni layihələr üzərində ikitərəfli əlaqələrin qurulması gələcək perspektivlərə imkan açır. Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata verdiyi bəyanatlarda iki respublika arasında ildən-ilə artan təbii qaz təchizatı sahəsində əməkdaşlıq yüksək qiymətləndirildi. Məlumdur ki, Azərbaycan qazı Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Bu da o deməkdir ki, ölkəmiz Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.Hətta 2022-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Sofiya şəhərində Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadəyə ilə Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşdi. Bu baxımdan Avropa dövlətlərinin strateji tərəfdaşı kimi AzərbaycanRespublikası böyük enerji şəbəkəsinin səbəbkarı kimi çıxış edir.
İki dövlət arasında enerji sahəsində tərəfdaşlıq yeni lahiyə ilə davam etdirilir. Bu, yaşıl enerji kabelidir ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərinin başlanması nəzərdə tutulur. Bu layihəni “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə hesab etmək olar. Nəzərə alsaq ki, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərməyi qarşıya məqsəd qoyub və ilin sonuna qədər əhəmiyyətli nəticələr əldə olunacağı şübhə doğurmur.
Bolqarıstan-Azərbaycan arasında nəqliyyat, rəqəmsallaşma aspektləri ilə yanaşı yaşıl enerji layihələri, təhsil, mədəniyyət və turizm sahələrində birgə layihələrin olması iki dövlətin çoxşaxəli münasibətlərinin yüksələn xətlə davam etdiyini göstərir. Bütün bunlarla yanaşı, çox əhəmiyyətli bir sənəd – Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni imzalandı.
Bolqarıstan Prezidenti Rumen Radevin cənab İlham Əliyevin şəxsinə söylədiyi fikirlər də diqqəti cəlb edən məqamlardan oldu: “Mən onun cəsarətli baxışına şahidəm, ona çox gözəl bələdəm. O, Azərbaycanı dinamik şəkildə inkişaf etdirmək əzmindədir. Yaşıl enerji layihələri bunun bariz nümunəsidir. Bununla yanaşı, onun fəal diplomatiyası da imkan verdi ki, bu gün biz beynəlxalq səviyyədə sülh və təhlükəsizlik, sabitlik haqqında danışaq.” Bu fikirlər ölkə başçısı İlham Əliyevin diplomatik səriştəsinin təsdiqidir. Bu gün Avropa dövlətləri Azərbaycan dövləti ilə hesablaşır və ikitərəfli layihələrə can atırsa, demək ki, xarici siyasətdə məqsədə çatılmışdır.
Leyla Hüseynova
YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini