Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya etdikləri səfərləri və bu səfərlər çərçivəsində təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da artırmaqla yanaşı, həmçinin səfərləri zamanı – «Qarabağda cənnət yaradacağıq» vədi sözü ilə əməlin bir olmasının göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, «Qarabağ Azərbaycandır və nida işarəsi» deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Bir sözlə, bu gün Qarabağın cənnətə çevrən Prezident İlham Əliyevin son 21 ildə gördüyü uğurlu işləri xalqımız görürü və öz liderinə inanır və güvənir. Çünki Azərbaycan xalqı 2003-cü ildə ilk dəfə İlham Əliyevə səs verməkdə yanılmadıqlarına görə bir daha 2024-cü il fearalın 7-də növbədənkənar keçirilən prezident seçkilərində 92,12 faizlə, yaxud 4 milyon 567 min 458 nəfəri öz səsini Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heyydər oğlu Əliyevə verdi. Bu, İlham Əliyevə əvvəlki prezident seçkiləri ilə müqayisədə verilən ən yüksək səsdir. Verilən hər bir səs, göstərilən dəstək ötən 20 ildə görülən işlərə ən real qiymətdir. Ən mühümü də odur ki, bu seçkidə də xalqımız Heydər Əliyev siyasi kursunun zəfərinə, bu kursun davamçısı kimi ötən 20 ildə Azərbaycanın bütün uğurlarının müəllifi olan cənab İlham Əliyevə etimad göstərdilər. Məhz bu gün Qarabağın Zəfərinin tacı olan Şuşa inkişaf edir, gözəlləşir, dirçəlir. Artıq bu gün Şuşa beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Mayın 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında iştirak ediblər. Dövlət başçımız tədbirdə çıxışı zamanı bildirib ki, Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir və Şuşa bu şərəfli ada layiq görülüb və biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir. Dövlətimizin başçısı qeyd edib: “Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq”.
Dövlətimizin başçısı çıxışında Şuşanın qəhrəmanlığın, zəfərin və sülhün rəmzi olduğunu bir daha qeyd edib: «Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi». Şuşanın şəhər döyüşləri nəticəsində azad edilməsinin tariximizin parlaq səhifəsi olduğunu bir daha vurğulayan dövlətimizin başçısı deyib: «Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir»
Bəli, bu gün Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Və bu gün ermənilər dövlətimizin başçısının Cıdır düzündən verdiyi mesajından bir nəticə çıxarmalıdır. Çünki Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışı zamanı söyləyib ki, əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq: «Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin».
Bəli, bu gün Azərbaycan ədalətli sülhün tərəfdarıdır. İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində dörd il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi və Azərbaycan düşmən ölkəyə qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edir. Hazırda regionda yeni reallıqlar yaranıb və bu reallıqlar qanunilik və legitimliyə əsaslanır və bu gün Ermənistanın bir yolu var, o da Azərbaycanın təklifləri ilə razılaşmaqdır. Və bu gün Cıdır düzündə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında Prezident İlham Əliyev cənablarının çıxışından Ermənilər bu dəfə bir nəticə çıxarmalıdır. Çünki bu gün bu kimi tədbirlər Şuşanın savaş mərkəzi yox, mədəniyyət və incəsənət mərkəzi olduğunu, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının söylədiiyi kimi, Şuşanın islam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir. Və Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin 20 illik gərgin əməyinin nəticəsində formalaşan güclü Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi, ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi, "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı. Beləliklə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Şuşada beynəlxalq əhəmiyyətli toplantıların, xüsusi iclasların keçirilməsi böyük siyasi və rəmzi məna daşıyır. Və bu gün dünyanın hansı yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının baş dik, alnı açıqdır, Azərbaycanlı olması ilə fəxr edir.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri