Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli
əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib
istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında
münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib.
Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik
münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ildə Bolqarıstanın Bakıda
səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb.
Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri
ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik
şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. İki
ölkə arasında 60-dan çox sənəd imzalanıb. Bolqarıstan Azərbaycanı Cənubi
Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir.
İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yükdaşımaları, sərmayələr, yüksək
texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş
perspektivlər mövcuddur.
YAP Qusar rayon təşkilatının sədr müavini