PDF Oxu

Siyasət

  • 2 833

Şuşa bizim qürur mənbəyimizdir - ŞƏRH

Şuşa bizim qürur mənbəyimizdir - ŞƏRH

Ölkəmizin davamlı inkişafları dayanmadan yüksəlməkdədir. Azərbaycan dövlətinin keçirdiyi həm xarici, həm daxili tədbirlər və görüşlər bir daha Azərbaycanın nə qədər güclü bir dövlət olduğunun sübutudur. Buna misal olaraq bu yaxınlarda keçirilmiş Bolqarıstan və Slovakiya ilə rəsmi görüşləri həmçinin Cənab Prezidentimizin 10 may tarixində Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü Azərbaycan dövlətinin nəinki Qafqaz bölgəsində bütün dünya ölkələri arasında əsas söz sahibinə çevrildiyinin sübutudur. Təbii ki, ölkəmizin belə uğurlar qazanmasında gənclərimizin də böyük təşəbbüsü olmuşdur. Çünki Şuşanı və keçmiş işğal olunmuş əraziləri azad edənlər Azərbaycanın gənc nəslinin nümayəndələri oldu. Azərbaycan dövlətinin siyasəti və gəncliyimizin şücaəti bir daha onu göstərdi ki, Azərbaycan bölgədə əsas söz sahibinə çevrilib. Bu tarixi hadisə nəinki Qarabağımızı geri qaytardı, həmçinin, dünyaya Azərbaycanın gücünü göstərdi. Hal-hazırda bütün dünya Azərbaycanın fədakarlığından və nə qədər güclü olmağından danışır. Buna səbəb isə dövlətimiz və gənclərimizdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşada sakinlərlə görüşündə səsləndirdiyi sözlər tarixə əbədi həkk olunacaq sözlərdir. Cənab prezident görüşdə bu fikirləri səsləndirmişdir: Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir anda Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim.

Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.

Mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər. Onların arxasında duran havadarları – böyük dövlətlər onlarda bu əminliyi daha da gücləndirmişdilər. Ancaq biz əmin idik, bilirdik ki, gün gələcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq! 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan Xalqı bundan sonra əbədi bu zəfərlə fəxr edəcək. Çünki Şuşa bizim əyilməz ruhumuzun rəmzidir.

Biz də vətəndaşlıq borcumuz olaraq dövlətimizin ətrafında birləşməli və dəmir yumruq olaraq daima ayaqda olmalıyıq!

Elgün Rüstəmli

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər