"10 may Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyevin anım günü olaraq qeyd edilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.Millət vəkili bildirib ki, artıq bu gün şuşalıların yurda dönüşünün, həsrətinin sonunun başlanğıcı günüdür: "Mayın 10-da şuşalıların bir qisminin doğma şəhərə qayıtması rəmzi məna daşıyır.Cənab Prezident İlham Əliyevin Şuşanın uzun müddətdən bəri ev-eşiklərini itirmiş, indi isə doğma yurdlarına qayıtmış bir sıra şəxslərlə görüşündəki çıxışı əhəmiyyətlidir. Bu onu göstərdi ki, Azərbaycan dövləti cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında hər bir məsələni əvvəlcədən, xırdalığına qədər öyrənir, planlaşdırır və ustalıqla həyata keçirir. Şuşalıların bir qrupunun yeni evlərə qayıtması göstərir ki, dövlətimizin aydın bir planı var.Dövlətimiz üçün ilk yerdə vətəndaşın rifahı, həyat şəraiti və təhlükəsizliyi gəlir. Ona görə də Şuşaya sakinlərin bir qisminin köçürülməsi sıradan bir məsələ deyildir. Ciddi nəticələri olan bir hadisədir. Bu münasibətlə mən şuşalıların yurd həsrətinin sona çatması və vusala qovuşmaları münasibətilə təbrik edirəm".
Müəllif: Söylü Ağazadə