Siyasət

  • 1 134

Şəhid Ziyarət Mail oğlu Hüseynovun doğum günündə xatirəsi yad edildi - FOTO

image

May ayının 15-də Biləsuvar rayonun Amankənd kəndində şəhid Hüseynov Ziyarət Mail oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olundu.

Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz danışmışlar. Bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri olmuş Hüseynov Ziyarət Mail oğlu 15 may 1994-cü ildə Biləsuvar rayonun Amankənd kəndində anadan olub. 2016-ci ilin aprel döyüşlərində, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində Cəbrayıl, Laçın, Kəlbəcər və Şuşa istiqamətində gedən döyüşlərində iştirak edib. 2022-ci ilin sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Şəhid Hüseynov Ziyarət Mayıl oğlu Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə ölümündən sonar isə 3-cü dərəcəli “Vətənə Xidmətə Görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Digər xəbərlər