PDF Oxu

Siyasət

  • 2 277

"Kimsə bizə qadağa qoya bilməz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Kimsə bizə qadağa qoya bilməz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Fransa hal-hazırda dünyada işğalçı dövlətlərin önündə gedən dövlətdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.O bildirib ki, dünyanın 26 dövlətinin konstitusiya ilə rəsmi dillərindən biri fransız dilidir: "Əksəriyyətində də birinci dildir. O cümlədən Mikroneziya, Polineziya, ada dövlətlərinin əksəriyyətində birinci dil fransız dilidir. Fransa dünyaya mədəniyyət dərsi keçməklə ən zalım siyasət yürüdən dövlətlərdən biridir.Onların daxili işlər naziri J.Darman inanmıram ki, fransız kökənli olsun, o, erməni əsillidir. Çünki xarakterindən bu görünür. Bir ölkənin ki, prezidenti gecə barlarında striptizlə məşğul olan Makron olacaq, bir ölkənin ki, Baş naziri xarici işlər nazirinə ərə gedəcək, bu əxlaqı olmayan insanlardan biz nə gözləyirik? Təbii ki, onlardan belə yalanlar çıxacaq. Çünki onlar fikirləşirlər ki, hər hansı problem yaranırsa, deməli, kimisə günahlandırmaq lazımdır. Burada da təbii ki, Azərbaycan yada düşür. Çünki Fransanın maraqlarını pozan Azərbaycandır, bunun bir bədəli olmalı idi".Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində belə bir söz işlətdi ki, Qarabağın azad olunması bəzi daşların yerindən tərpənməsinə səbəb oldu və bunun bir bədəli olacaq: "Bu, həmin bədəldir. Amma çox uğursuz və ağılsız bədəldir. Fransa dünyaya əxlaq dərsi keçə-keçə yerli xalq olan kanakları assimilyasiya edir. Azərbaycan niyə gedib oranı qarışdırsın? Təbii ki, bu Fransanın öz əməlidir. O, Qarabağı qarışdırmaq istəyir, dünya kor deyil, onların da içində oxumuş, savadlılar var. Onlar da görür ki, Fransa gəlir Azərbaycan torpağında ermənilərə həqiqət axtarır. İndi onlar özləri qalxıblar. Azərbaycan da demokratik dövlət kimi onların hüquqlarının tapdalanmasının əleyhinə çıxış edən dövlətdir. Çünki həmin dövlətlər Qoşulmama Hərəkatının üzvü olan dövlətlərdir. Azərbaycan da vaxtı ilə Qoşulmama Hərəkatının sədri olub. Biz onların hüquqları barədə danışmalıyıq. Kimsə bizə qadağa qoya bilməz. Ona görə indi Fransanın hansısa naziri nəsə sayaqlaya bilər. Fransa belə hesab edir ki, Kaledoniya Azərbaycanın göstərişi ilə bu məsələləri törədir. Onlar açıq şəkildə elan edirlər ki, biz bacarmırıq. Öz işlərini görə bilmirlər və günahkar axtarırlar. "Günah keçisi" də indi Azərbaycandır. Azərbaycan etməyib, etsəydi, Qarabağdakı kimi hərəkət edərdi. Bu məsələ də həll olardı".
Müəllif: Söylü Ağazadə

Digər xəbərlər