“Yeni Kaledoniyada son dövrlər başlanan milli azadlıq hərəkatı bölgə əhalisinin öz müstəqilliyi uğrunda mübarizəsinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Burada yaşayan əhali Fransa hökumətindən onların hüquqlarının tanınmasını tələb edirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib. Onun sözlərinə görə, Fransa hökuməti özünün ənənəvi müstəmləkəçilik siyasətinə uyğun olaraq əraziyə əlavə qüvvələr göndərmiş və komendant saatı elan edərək hərəkatı boğmağa cəhd göstərir: “Həyata keçirilən bu cəza tədbirləri, repressiya nəticəsində artıq 10-dan çox insan həlak olub və yüzlərlə yaralılar var. Bütün bunlar onu göstərir ki, Fransa hökuməti guya özünü mədəniyyət mərkəzi kimi göstərməyə çalışsa da, bütün hallarda özünün tarixi cinayətlərindən və müstəmləkə siyasətindən əl çəkməyəcəyini bir daha nümayiş etdirir”.Politoloq bildirib ki, bu cəza tədbirləri, Yeni Kaledoniyada başlanan azadlıq hərəkatını boğmağa hesablanıb: “Keçən əsrin 60-cı illərində Afrikadakı müstəmləkələrini itirən Fransa növbəti mərhələdə dünyanın digər bölgələrində olan müstəmləkələrini də itirəcək. Yeni Kaledoniya və Fransanın müstəmləkəsində olan digər ərazilər öz azadlıqlarını əldə edəcəklər. Bu, tarixin obyektiv gedişatıdır”.