Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevin dəvəti ilə mayın 16-da Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşü keçirilib. Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə deyib: "Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur". Dövlətimizin başçısı bildirib ki, bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.
Ölkəmizin istehsalçılarının məhsulları Minskdə və regionlarda iri pərakəndə satış şəbəkələrinə daxil olur, 2017-ci ildə Minskdə Azərbaycan "Ticarət evi" açılıb. Azərbaycanda da "Belorusski" mağazalarının ticarət şəbəkəsi genişlənir. Sənaye əməkdaşlığı layihələrindən biri də Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında əməkdaşlıqdır. Minsk Traktor Zavodu komplektləri tədarük edir, Gəncədə isə müxtəlif modifikasiyalı "Belarus" traktorları, xüsusi texnika, "Belarus" markalı elektrik avtobusları və taxılyığan kombaynlar yığılır. Belarus və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın inkişafının böyük potensialı var. Azərbaycanın özünəməxsus mədəniyyəti, Qafqazın və Xəzər dənizinin gözəlliyi, çoxəsrlik tarixi, şübhəsiz ki, Belarusdan gələn turistləri cəlb edəcəkdir. Öz növbəsində, Belarusda görməli yerlərə turlar, təhsil və sağlamlıq turizmi təklif edə bilər. Hər iki ölkə innovativ inkişaf yolu ilə irəliləyir, iqtisadiyyatın neft sektorunun inkişafı üçün layihələrin təşviqi prioritet istiqamət kimi götürülür. 2021-ci ildəBelarusiləAzərbaycanenerjivəneftsənayesindəəməkdaşlığadairsənədlər, o cümlədən SOCAR və Belarusun "Belneftexim" Dövlət Neft və Kimya Konserni arasında anlaşma memorandumu imzalayıb. Bu sənədlər neft və neft məhsullarının istehsalı, satışı sahəsində tərəflərin imkanlarının genişləndirilməsi məqsədi daşıyan əməkdaşlığın əsasını qoyub. Hər iki ölkənin nəqliyyat və logistika potensialının inkişafı istiqamətində də mühüm addımlar atılır. Yekun olaraq Belarus şirkətlərinin şəhər və kəndlərin layihələndirilməsində iştirakı, 3D modelləşdirmə xidmətlərinin göstərilməsi və nəqliyyat infrastrukturunun bərpasına cəlb olunması barədə razılıq əldə olunub.
Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələrin daha da genişlənməsinə nümunə Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakıdır. İndi işğaldan azad olunan ərazilərimiz də dirçəliş dövrüdür. Belarus dövləti də dost ölkə olaraq bu prosesdə iştiraka öz töhfəsini verəcəkdir. “Biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər deyə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko bildirib.
Bu günə kimi Belarus və Azərbaycan arasında siyasət, iqtisadiyyat vətəndaşların hüquq və mənafelərinin müdafiəsi, səhiyyə, hüquq-mühafizə, humanitar, elmi-texniki və regional əməkdaşlıq sahələrində 120-dən çox beynəlxalq müqavilə imzalanıb. Belarus Prezidentinin Azərbaycana növbəti səfəri zamanı da iki dövlət arasında mühüm əhəmiyyət daşıyan 8 sənədə imza atılıb.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri