PDF Oxu

Siyasət

  • 1 442

Ənənəvi dostluq davam edir - ŞƏRH

Ənənəvi dostluq davam edir - ŞƏRH

Cari ilin 16 may tarixində Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri kifayət qədər məhsuldar məqamlarla yadda qaldı. Mehriban və dostluq şəraitində təməli qoyulan Azərbaycan-Belarus münasibətləri uğurla davam etdirilir.Belarus respublikasının Azərbaycan üçün qardaş ölkə və strateji tərəfdaş olduğunu qeyd edən Cənab Prezident İlham Əliyev, iki ölkə arasında mütəmadi olaraq həyata keçirilən qarşılıqlı səfərlərin, ölkələr arasındakı münasibətlərin dinamikasının əyani sübutu olduğunu bildirdi. Belarusla ikitərəfli münasibətlərin qurulması istiqamətində Heydər Əliyevin siyasi strategiyası iqtisadiyyat, siyasət, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tuturdu. Bu səylər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilmişdir. Ölkələr arasında strateji tərəfdaşlıq, dövlət başçıları səviyyəsində nümayiş etdirilən qarşılıqlı hörmət və etimad Heydər Əliyev siyasətinin uğurlu davamının parlaq nümunəsidir.

İkitərəfli əlaqələrin dinamik inkişafı üçün və tərəflər arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılmışdır.

İkitərəfli əlaqələrə nəzər salsaq, qeyd edə bilərik ki, rəsmi Minsk və Bakı arasında əlaqələr geniş spektoru əhatə edir. Xüsusilə, təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək, kimi sahələri vurğulamaq lazımdır. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir, hərbi sahədə Azərbaycanla sıx əməkdaşlıq edir və Azərbaycana müxtəlif silahlar tədarük edir.

Bu gün ölkə prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenkonun səyləri sayəsində Azərbaycan ilə Belarus arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib və qarşılıqlı fəaliyyətin geniş spektrini əhatə edir. Qarşılıqlı hörmət və anlaşma prinsipləri əsasında qurulan əlaqələr həm ikitərəfli, həm də daha geniş regional və beynəlxalq gündəlik kontekstində öz bəhrəsini verməkdədir.

Azərbaycan ilə Belarus arasında mədəni mübadilələr ikitərəfli münasibətlərin möhkəmləndirilməsində əsas rol oynayır və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, xalqlar arasında dostluq bağlarının möhkəmləndirilməsinə kömək edir.

Siyasi sahədə rəsmi Bakı və Minsk ikitərəfli əlaqələrini inkişaf etdirmiş və Belarus Respublikası həm Müstəqil Dövlətlər Birliyində (MDB), həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Azərbaycanın maraqlarına zidd addım atmamışdı. Rəsmi Minsk hər zaman KTMT çərçivəsində Belarus hərbiçilərinin olası münaqişə zonasına göndərilməsi fikrini bir mənalı şəkildə dəstəkləməmişdir.

Görünən odur ki, Belarus-Azərbaycan əlaqələri müsbət dinamika ilə inkişaf edəcək və enerji sahəsində əməkdaşlıq daha da artacaqdır.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər