“Xalq cəbhəsinin “Yurd” həqiqətləri” adlı kitabda Ə.Kərimlinin bölücülük fəaliyyəti, Ə.Elçibəyə xəyanəti, əqidə dostlarını satması və digər faktlar yer alıb
Hər bir siyasi partiyanın cəmiyyətin ictimai siyasi həyatında özünəməxsus rolu var. Xüsusilə də, hakimiyyətə müxalif hesab oluna siyasi təşkilatın fəaliyyəti ölkənin demokratik proseslərinə və sosial-iqtisadi layihələrin düzgün və əsaslı formada həyata keçirilməsinə töhfə verən əsas amillərdəndir. Yetər ki, müxalif partiya qərəzli olmasın və hansısa xarici qüvvələrin təsirindən kənar fəaliyyət göstərsin. Təəssüflər ki, hazırkı məqam Azərbaycan siyasi arenasında elə müxalifət partiyaları var ki, onlar dövlətin və xalqın maraqlarına uyğun siyasət yeridə bilmirlər. Bu da onların pula daha çox həris olmalarından irəli gəlir. Onlar xarici fondların Azərbaycanla bağlı qərəzli sifarişlərini həyata keçirməklə böyük məbləğdə maliyyə yardımları alırlar. Məhz bu səbəbdən də AXCP və Milli Şura kimi qurumlar ABŞ-ın və Avropanın qaranlıq dairələrinin ölkəmizdəki təmsilçiləri hesab olunurlar. Zaman-zaman bu təmsilçilər icazəsiz aksiyalarla ictimai siyasi sabitliyi pozmağa, şər və böhtanları, dezinformasiya xarakterli informasiyaları ilə ölkəmizin imicinə zərbə vurmağa çalışıblar. Ona görə də AXCP və Milli Şuranın rəhbərləri Əli Kərimlinin, Cəmil Həsənlinin adlarını çəkəndə ilk olaraq “satqın” və “xəyanətkar” sözləri yada düşür. Bir növ satqınlıq və xəyanət onların həyat fəlsəfəsi, fəaliyyət istiqamətidir. C.Həsənli satqınlığı 2013-cü il Milli Şuranın sədrlik zəncirinin xaltasını boynuna keçirdikdən sonra həzm etməyə başlayıbsa, Ə.Kərimlinin umacı elə xəyanətdən yoğrulduğunu desək, səhv etmərik. Çünki bu məxluq siyasi fəaliyyəti boyunca yaxın çevrəsini öz şəxsi və siyasi maraqlarına qurban verib. AXCP-nin keçmiş sədri Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev faktlara istinad etməklə bildirib ki, Ə,Kərimlinin xəyanətləri ilə bağlı kifayət qədər faktları var. Onun sözlərinə görə, “Yurd” şefi “liderim” dediyi Ə.Elçibəyə belə xəyanət edib: “Əli Kərimli Əbülfəz Elçibəyin AXCP qərargahındakı kabinetinə dinləyici qurğu yerləşdirmişdi. Mərhum Əbülfəz Elçibəyin otağından öz otağına dinləyici qurğu aparatı birləşdirməsi faktını hamı xatırlayır. Onun Əbülfəz Elçibəy əleyhinə sifarişlə yazdırdığı əxlaqa, insanlığa sığmayan məqalələri də hamı xatırlayır. Bu çirkin kampaniyaya Elçibəy Türkiyədə ölüm yatağında olanda belə son verilmədi. Bu, adi xəyanət deyildi, Milli Azadlıq Hərəkatının və xalqın liderinə, saf və qəlbitəmiz bir insana qarşı yönəlmiş çirkin, ləyaqətsiz bir hərəkət idi. Əli Kərimli onu illərlə davam etdirdi. Bunu heç kim unutmayıb. Nə Elçibəy ailəsi, nə də elçibəyçilər”.
Əbülfəz Elçibəy deyirdi ki, Əli Kərimlinin bir əli mənim cibimdə, digər əli isə başqalarının cibindədir
Bu gün cəmiyyətdə sorğu aparılsa, hətta müxalif təmsilçilərlə müzakirələr keçirilsə, hər kəs Ə.Kərimlinin satqın və xəyanətkar şəxs olduğunu qeyd edər. AXCP sədrinin keçmiş müavini Razi Nurullayev mətbuata açıqlamasında bildirmişdir ki, Ə.Kərimli xaricdən maliyyə yardımları almaq üçün hər cür çirkin vasitə və üsullardan istifadə edir. R.Nurullyaev bildirib ki, aldığı böyük məbləğdə maliyyə vəsaitləri hesabına Ə.Kərimli xaricdə ailəsinə mənzillər alıb: “Əli Kərimli heç yerdə işləmədiyinə baxmayaraq övladlarını ən bahalı Avropa məktəblərində oxutdurub. Onun ən kiçik oğlu Londonda doğulub. Böyük oğlu Bakıda ən bahalı məktəb olan “Oksford”da təhsil alıb. İndi də Londonda ən bahalı universitetdə oxuyur”.
Faktlar təsdiq edir ki, Ə.Kərimli pul əldə etmək, qrant layihələri qazanmaq üçün erməni lobbisi ilə belə əlaqələr qurmaqdan çəkinməyir. Haqlı olaraq da zamanında Əbülfəz Elçibəy bildirmişdir: "Əli Kərimlinin bir əli mənim cibimdə, digər əli isə başqalarının cibindədir”. Ə.Kərimlinin xəyanətkar olması cəbhəçilərin nəşr etdirdikləri məqalələrdə, publisistik əsərlərdə əks olunub. 2002-ci ilin iyulunda nəşr olunan “Xalq cəbhəsinin “Yurd” həqiqətləri” adlı kitabda cəbhəçilər Ə.Kərimlinin əlləm-qəlləm əməllərini daha geniş və əhatəli şəkildə qeyd edirlər. Kitabda AXC qurucuları olmuş və bu gün də AXCP sıralarında var-gəl edən bir qrup cəbhəçi “Yurd”un rəhbəri Ə.Kərimlinin partiya daxilində törətdiyi təxribatlardan, pozuculuq fəaliyyətindən bəhs olunur. “Xalq cəbhəsinin “Yurd” həqiqətləri” kitabda AXCP Ali Məclisinin 03 sentyabr 2000-ci il tarixli qərarına əsasən yaradılmış Xüsusi Komissiyanın 2 ilə yaxın müddətdə topladığı sənədlərə əsasən hazırlanmış hesabatı və AXCP mərkəzi orqanlarının “Yurd”la bağlı qəbul etdiyi qərarlar toplusudur. Kitabda Ə.Kərimlinin bölücülük fəaliyyəti, Ə.Elçibəyə xəyanəti, əqidə dostlarını satması və digər faktlar da yer alıb. Ümumilikdə reallıq ondan ibarətdir ki, hər zaman birlik, bərabərlik məsələsi səslənəndə, təklif və ideyası irəli sürüləndə Ə.Kərimli fərqli mövqe sərgiləyib. Heç zaman ümumi maraqlara xidmət edə biləcək ideya ətrafında birləşməyə səy göstərməyib. Əksinə, birliyə can atanların yolunu kəsməyə, vəhdət yaratmaq istəyənlərə əngəl olmağa çalışıb. Dəfələrlə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların iştirakı ilə dəyirmi masalara təşkil olunsa da, Ə.Kərimli həmin dəyirmi masada iştirak etməkdən imtina edib. Hakimiyyətin siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulmasına xidmət edən toplantıların, dəyirmi masaların keçirilməsi təşəbbüsünə Ə.Kərimli qoşulmayıb. Mayın 16-da Azərbaycan Respublikası Prezident Administrasiyası tərəfindən təşkil olunan Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə keçirilən görüşə də Ə.Kərimli qoşulmadı. Bu isə bir daha onu təsdiq edir ki, xarici maraqlı dairələrin trolu qismində çıxış edən Ə.Kərimli siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdilməsində maraqlı deyil. Daha doğrusu, bu cür toplantılar onun başını ağrıdır, gözlərini qaraldır, canına azar doldurur. Vəhdət partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli SİA-ya açıqlamasında bildirib ki, ilk dəfə idi ki, siyasi partiyaların və tərəflərin 90-a yaxın nümayəndəsi bir yerə toplaşmışdı: “Görüşdə “Siyasi partiyalar haqqında” qanunun tətbiqi ilə bağlı məsələlər ətrafında ciddi müzakirələr apardıq. Bu görüşdə yalnız AXCP iştirak etmirdi. Hesab edirəm ki, burada iştirak etməyən partiya nə edirsə, özünə edir. Məsələn, AXCP deyirdi ki, erməniləri çıxarıb rusları gətiriblər və ya Xankəndi alınmalıdır. Halbuki bu məsələlər öz həllini tapdıqda onlar heç üzrxahlıq etmədilər”. T.Kərimli haqlıdır, sayılamalarına görə Azərbaycan xalqından üzr istəmədi. Çünki Ə.Kərimlinin üzündə nə abır, nə də həya var. Onun vücudu ümumilikdə xarici maraqlı dairələrin qərəzli sifarişləri, tapşırıqları ilə zəngindir. Bu isə onu məhvə sürükləyir.
İLHAM ƏLİYEV