PDF Oxu

Siyasət

  • 2 885

Azərbaycan-Belarus münasibətləri dinamik şəkildə inkişaf edir - ŞƏRH

Azərbaycan-Belarus münasibətləri dinamik şəkildə inkişaf edir - ŞƏRH

Azərbaycan Respublikası ilə Belarus Respublikasıarasında bütün sahələri əhatə edən əlaqələr bu gün dinamik şəkildə inkişaf edir. İki ölkə arasındakı bütün dövrlərdə mövcud olan qarşılıqlı əməkdaşlıq münasibətləri əsaslı təməllər üzərində qurulub, səmimi və etibarlı olması ilə hər zaman fərqlənib. Azərbaycanla Belarus arasındakı əməkdaşlıq ötən illər ərzində MDB çərçivəsindən kənara çıxaraq, ikitərəfliəlaqələrin dərinləşməsinə möhkəm baza yaradıb. Kənd təsərrüfatı, sənaye, maşınqayırma və digər sahələrdə ticarət dövriyyəsi son illərdə əhəmiyyətli dərəcədə artmaqdadır.Ölkələr arasında indiyədək imzalanmış xeyli sənəd münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş imkanlar açıb.

Məlum olduğu kimi, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevlə birlikdə mətbuata bəyanatlarla çıxış etmişlər.

Prezident İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Qarşılıqlı münasibətlərin dinamik şəkildə inkişaf etdiyini, gələcəkdə qarşılıqlı fəaliyyət yollarının müəyyən edildiyini söyləyən dövlət başçımız bildirib ki, səfər çərçivəsində müzakirə olunan məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. Geniş şəkildə müzakirə olunan məsələlərə ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı, sənaye kooperasiyası, Belarusda və Azərbaycanda artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılması məsələləri aiddir.

Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə, orada gedən bərpa-quruculuq işlərinə fəal qoşulmağa dəvət etdiyini vurğulayan Prezident İlham Əliyev hazırda görülən və həyata keçiriləcək işlərin miqyasının çox geniş olduğunu qeyd edərək daşın daş üstündə qalmadığı ərazidə görüləcək işləri təsəvvür etmək üçün müqayisəli misal gətirmiş, işğal illərində dağıdılmış infrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri sıfırdan bərpa etmək lazım gəldiyini diqqətə çatdırmışdır.

Azərbaycanın qarşısında duran birinci dərəcəli vəzifədən danışan dövlət başçımız bildirib ki, əsas vəzifəmiz keçmiş məcburi köçkünləri azad olunmuş ərazilərdə tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaq, onları yüksək əməkhaqqı olan müvafiq işlə təmin etməkdən ibarətdir. Şəhərsalma, xüsusilə də aqroşəhərciklərin tikintisi təcrübəsinəvə müasir texnologiyalara malik Belarusun bu təcrübəsindən yararlanmaq barədə iki dövlət arasında danışıqların getdiyini nəzərə çatdırdı.

İstər təkbətək, istərsə də geniş tərkibdə keçirilən görüşlər zamanı dövlət başçıları arasında Cənubi Qafqaz regionunda postmünaqişə şəraiti haqqında, MDB məkanında təhlükəsizlikləbağlımüzakirələr aparıldığını, dünya siyasətinin aktual məsələləri üzrə fikir mübadiləsi aparıldığını vurğulayan Prezident İlham Əliyevin qeyd etdiyi kimi Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münaqişə istisna olmaqlatəəssüf ki, dünyada mövcud olan münaqişələr və yeni yaranan qeyri-sabitlik ocaqlarıöz həllini tapmır.

Azərbaycan və Belarus Respublikalarının son 20 ildə birlikdə daha fəal işlədiyini xatırladan ölkə başçısı cənab Prezident İlham Əliyev bildirib ki, biz bu illər ərzində münasibətlərdə həmişə dürüstlüyə, xeyirxahlığa, ləyaqətə, dəyərlərimizə vənəticəyə hədəflənməyə sadiqliyimizi qoruyub saxlamışıq,ötən illərdə bir neçə dəfə qarşılıqlı rəsmi və işgüzar səfərlər etmişik. Bu gün bu münasibətlərin dostluq xarakteri daşıması əyani şəkildə nümayiş etdirilir.

İki dost ölkə arasında əldə olunan razılıqlar və müxtəlif sahələrdə imzalanan sənədlər Azərbaycan-Belarus münasibətlərinin bundan sonra da yüksələn xətt üzrə inkişaf etməsinə zəmin yaradacaq.

Günay Məmmədli

YAP Yasamal rayonu “Moskva pr. 67”ünvanı üzrəərazi partiya təşkilatının sədri

Digər xəbərlər