PDF Oxu

Siyasət

  • 1 632

Azərbaycanla İranın yeni əməkdaşlığı formalaşmaqdadır - ŞƏRH

Azərbaycanla İranın yeni əməkdaşlığı formalaşmaqdadır - ŞƏRH

Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət dinamika verir.

Ötən 30 il ərzində iki ölkə arasında münasibətlər heç də həmişə hamar səciyyə daşımasa da, hər iki dövlətin siyasi elitasında müştərək tarixi-mədəni irsə, ümumi mənafelərə istinadla, əlaqələrin mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində qurulması və inkişafına əsaslanan baxışlar üstünlük təşkil etmişdir. Azərbaycan Respublikası məhz İranla ən uzun sərhədə malikdir. Sərhədin o tayında isə on milyonlarla etnik azərbaycanlı yaşamaqdadır. Bu amillər münasibətləri normal məcrada saxlamağı hər iki ölkə üçün zəruri edir.Heç kimdə şübhə doğurmur ki, hər iki ölkə rəsmilərinin birgə keçirdikləri görüşlər zamanı hər zaman bu amillərə diqqət yetirilmişdir.

Məhz bu görüşlərdən biri cari ilin 19 may tarixində Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində dövlətimizin başçısı iki ölkə arasındakı münasibətlərdən bəhs edərkən deyib: “İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”.

Öz növbəsində İran Prezidenti Seyid İbrahim Rəisi çıxışı zamanı: “Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir.”fikrini səsləndirib.O bildirib ki, bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir. İran Prezidentinin toxunduğu digər bir vacib məqam isə Azərbaycanın ərazi bütövlüyünü rəsmi formada tanıdıqlarını və bundan sonra da öz qonşuluq prinsiplərini bu istiqamətdə aparacaqları kimi qeyd etməsi olub: “Biz Qarabağın Azərbaycanın ərazisi olduğunu səlis formada, tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq. Bu bölgədə, Qarabağda dirçəliş proqramı əsasında əməkdaşlığımızı hər zaman göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm.”

Səslənən fikrlər, verilən bəyanatlar bir daha onu göstərir ki, İran və Azərbaycan hər zaman qonşuluq prinsiplərinə əməl etməkdə, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirləsi və dərinləşməsində hər zaman maraqlı olublar. Azərbaycanın 44 günlük şanlı qələbəsindən sonra regionda yaratdığı reallıqlarbu münasibətlərimizə yeni təkan vermiş oldu.

Ərazilərimizin işğaldan azad olunmasından sonra “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisinin davam etdirilməsi məsələsi İranla Azərbaycan arasında münasibətlərin gündəmində olub. Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsi ərazidə yeni reallıqlar yaradıb. Bu reallıqlar hidroqovşaqların tikintisindən də yan ötməyib. İndiyədək tikintini təkbaşına aparan İran tərəfi Azərbaycanın 2016-cı il sazişindən irəli gələn səlahiyyətlərinin icrasına başlaması prosesini təmin edib.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər