PDF Oxu

Siyasət

  • 3 759

Azərbaycan -Belarus dostluğu tarixi köklərə əsaslanır TƏHLİL

Azərbaycan -Belarus dostluğu tarixi köklərə əsaslanır TƏHLİL

Azərbaycanın mühüm geosiyasi məkanda yerləşməsi ölkəmizə çox əhəmiyyətli üstünlüklər yaradıb. Bu baxımdan dövlətimizin istər regionda, istərsə də dünyada nüfuzu durmadan artır. Fateh Sərkərdə, Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş, inam və etimad bəslənilən dövlət olaraq tanınır. Bunu beynəlxalq təşkilatların və aparıcı ölkələrin Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Vaxtaşırı olaraq dünya ölkələrinin hökumət və dövlət başçılarının ölkəmizə səfərləri dövlətimizin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir. Son illər Azərbaycanla Belarus dövləti arasında münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Hər zaman Azərbaycanla Belarus beynəlxalq platformalar da bir-birilərini dəstəkləyiblər. Ümumilikdə Azərbaycan ilə Belarus arasında dərin köklərə və dostluğa əsaslanan münasibətlər mövcuddur. Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2007-ci ildə Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Azərbaycan Respublikası və Belarus Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, o cümlədən Azərbaycan və Belarus prezidentləri tərəfindən 2016-cı ildə Bakıda qəbul olunmuş Birgə Bəyanat ikitərəfli münasibətlərin inkişafına əsaslı zəmin yaradan və əlaqələrimizi tənzimləyən əsas siyasi sənədlərdir. Hazırda iki ölkə arasında sıx dostluq əlaqələri mövcuddur. Prezidentlər İlham Əliyev və Lukaşenko arasındakı şəxsi münasibətlər Azərbaycan-Belarus əlaqələrinin inkişafına daha böyük təkan verib. Azərbaycanla Belarus arasında bütün platformalarda əlaqələr mövcuddur, o cümələdən Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Azərbaycanla Belarus arasında Hökumətlərarası Komissiya uğurla fəaliyyət göstərir. Hər iki ölkənin investorlarının yatırımı nəticəsində birgə müəssisələr fəaliyyət göstərir. Belarus prezidenti Aleksanr Lukaşenkonun mayın 16-da Azərbaycana rəsmi səfəri zamanı imzalanmış müqavilələrdən sonra birgə müəssisələrin sayının da artırılması nəzərdə tutulub. Əsasən maşınqayırma, hərbi sənaye komplekslərində, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələri daha da güclənəcək ki, bu da ölkələrimizin təhlükəsizliyinə və iqtisadiyyatının artmasına əhəmiyyətli dəstək göstərəcək. Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı “Gömrük fəaliyyətində xüsusi istiqamətləri əhatələyən hökumətlərarası sənədlərin imzalanması, “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”nı, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu” nun, “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında, “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında, “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumlar”un, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu” onu deməyə əsas verir ki, Belarus dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında bərpa, yenidənqurma işlərində fəal iştirak edəcək.

Azərbaycan-Belarus isti əlaqələri olan dost dövlətlərdir

Azərbaycana səfəri zamanı çıxışlarında Azərbaycan dövlətinə və xalqına öz dərin hörmət və ehtiramını nümayiş etdirən Aleksandr LukaşenkoTanrıya şükürlər edirdi ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur: “Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik”. Belarus dövləti ilə Azərbaycanın birgə əczaçılıq müəssisələri yaratmaları da nəzər də tutulur. Bununla bağlı Belarus prezidenti Aleksandr Lukaşenko təkliflə çıxış edib: “Əczaçılıq məhsullarına gəlincə, biz hətta sabah belə, sizə lazım olan dərmanların tədarükünə başlamağa və Belarusda istehsal edə biləcəyimiz dərmanlar və baytarlıq preparatları üçün burada birgə istehsal yaratmağa hazırıq. Bu da çox böyük proqramdır. Bu, Azərbaycanda heç kimin işləməsinə mane olmayan proqramdır. Biz bu zaman burada heç kimlə rəqabət aparmırıq. Baxmayaraq ki, bu sahədə rəqabət olmalıdır”.

O fikiri vurğulamaq lazımdır ki, Belarusla Azərbaycan arasında dostluq əlaqələrinin tarixi kökləri var. Azərbaycan ilə Belarus BMT, ATƏT, MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verirlər.Hələ Qarabağ münaqişəsinin mövcud olduğu dönəm də Belarus xalqı və dövlət rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını və erməni işğalına öz etirazlarını bildirdiklərini bəyan etmişlər. Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyib. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra Belarus dövləti işğaldan azad edilən ərazilərin qurulmasında iştirak edir. Bununla bağlı mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına dövlət səfəri zamanı imzalan müqavilələr də öz əksinə tapıb. Azərbaycan Prezidenti İlham Əliyev Belarus dövlətinin başçısı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə bildirdi ki, ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk: “Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür”. Belarus prezidenti Aleksandr Lukaşenko işğadan azad edilən Azərbaycan ərazilərində dirçəliş dövrü başlayıb: “Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər”.

Belarus işğaldan azad edilən ərazilərdə aqroşəhərciklər yaradacaq

Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq vurğulayıb ki, çox uzaq olmayan gələcəkdə Belarus-Azərbaycan münasibətlərinin yeni perspektivləri görünəcək, yeni müəssisələr və iş yerləri açılacaq, əməkdaşlığın yeni istiqamətləri müəyyənləşəcək. Dövlət başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etdiyini bildirdi və qeyd etdi ki, bu istiqamətdə həyata keçiriləcək işlərin miqyası çox genişdir”. Belarus prezidenti işğaldan azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazır olduqlarını bildirdi. Qeyd etdi ki, kənd təsərrüfatında buraya cins mal-qara, hər şeydən əvvəl, süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün tədarüklə bağlı böyük proqramlarımız var. Biz bu mal-qaranı sizə tədarük edəcəyik: “Bundan başqa, Sizin azad etdiyiniz ərazilərdə xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazırıq”. Səfər çərçivəsində hər iki Prezident işğaldan azad ediılən ərazilərə, o cümlən Şuşa, Füzuli və digər ərazilərə səfər edib, orada aparılan quruculuq, abadlıq, bərpa işləri ilə tanış olublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Hər iki prezident Şuşanın rəmzi olan Cıdır düzündə olublar və Şuşada Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxıblar. Bir sözlə görünən ondan ibarətdir ki Belarus prezidentini Azrbaycan səfəri və səfər zamanı imzalan müqavilələr, eləcə də Aleksanr Lukaşenkonun açıqlamaları onu bir daha təsdiq etdi ki hər iki dövlət arasında əlaqələr, əməkdaşlıq münasibətləri bundan sonra daha da inkişaf edəcək. Təbii ki, əlaqələrin inkişafı xalqlarımız arsında münasibətlərin daha da yaxınlaşmasına və dövlətlər bir-binin inkişafına yeni tövhələr vermiş olacaq. Söz yox ki, bu əlaqələrin inkişafının əsasını isə liderlərin düzgün, ağıllıı siyasət aparması təşkil edir.

Eldar İbrahimov

Milli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü

Digər xəbərlər