"Ermənistanda baş verən hadisələr təkcə daxildəki revanşist qüvvələrin işi deyil". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.O bildirib ki, bu hadisələrin uzanıtları bir neçə xarici ölkəyə və mərkəzlərə gedib çıxır: "Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını istəməyən bəzi dövlətlər və mərkəzlər ölkəni daxildən qarışdırırlar. Çalışırlar ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası, demarkasiyası həyata keçirilməsin və sülh müqaviləsi imzalanmasın. Həmin dairələrin fikrincə, əgər Ermənistanla Azərbaycan arasında normal münasibətlər olarsa, onlar birbaşa məsələlərini həll edərlərsə, üçüncü dövlətə ehtiyac qalmaz. Ona görə də Ermənistandakı vəziyyəti qarışdırırlar. Həmin qüvvələr Ermənistan və erməni xalqının maraqlarının ziddinə hərəkət edirlər.Gürcüstandakı vəziyyətə gəlincə, burada da vəziyyəti bəlli ölkələr qarışdırıblar. Ümumiyyətlə, Ermənistanda və Gürcüstanda baş verən hadisələr göstərir ki, əgər dövlət müstəqil daxili və xarici siyasət yeridə bilmirsə, digərləri ona təsir edir, rezin kimi istədiyi tərəfə sıxa bilirlər. Ermənistan və Gürcüstandakı sabitlik bizim maraqlarımıza uyğundur. Ona görə biz qonşularımızda əmin-amanlığın olmasının tərəfdarıyıq".
Müəllif: Söylü Ağazadə