Azərbaycan İran sərhədində tikilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədi ilə tikilmişdi. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran İslam Respublikası arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanmışdı. Daha sonra layihə 1990-ci illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi ilə dayandırılmışdır. İşğal dövründə tikinti işlərinə yalnız İran İslam Respublikası tərəfindən aparılmışdı. Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb.
“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür. İki qonşu dövlət arasındakı dostluğun dərin kökləri və tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar. Bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. Gələcəyə yönəlmiş əməkdaşlıq hər iki dövlət üçün böyük uğurlar vəd dedir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək. İstər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirlər üst-üstə düşür. Bu, çox önəmli bir amildir. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Regiondakı sabitliyin təməlində mehriban qonşuluq münasibətləri dayanmalıdı.
İran Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini dəfələrlə bəyan etmişdir və ümidvarıq ki, dost və qardaş İran bu mövqeyi axıradək davam etdirəcəkdir. Azərbaycanla İran arasındakı əlaqələr çox dərin tarixi köklər üzərində qurulub. Bu zəmində ədəbiyyat, mədəniyyət, incəsənət, sənətkarlıq, xalçaçılıq, musiqi və xalqlarımızı bir-birinə bağlayan digər tellər də inkişaf etməkdədir. Hər iki ölkənin bu sahələrdəki nümayəndələri tez-tez qarşılıqlı səfərlər edir, birgə mənəvi dəyərlərə söykənən əlaqələrə öz töhfələrini verir və yeni-yeni mədəniyyət nümunələri yaradırlar. Bu nümunələr əlaqələrimizin dünənindən bu gününə gələn yola işıq salır, bu gündən sabaha aparan yolun müəyyənləşməsinə öz töhfələrini verir. Təbii ki, mədəni münasibətlər dövlətlərarası əlaqələrdə çox vacib bir həlqə təşkil edir. Azərbaycanla İran əlaqələrinin bu məqamı da nümunə ola biləcək səviyyədədir. Bu, özünü rəsmi dəvətlərdə, görüş və danışıqlarda xüsusilə nəzərə çarpdırır. Bunu həm də İran İslam Respublikasında səfərdə olarkən nümayəndə heyətimizin hər bir üzvü müşahidə edə bilirdi. Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində – Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələri həyata keçirilir. Avtomobil yolları, hava limanları, dəmiryolu Ağbəndə qədər çəkilir. Yaxın gələcəkdə istismara veriləcək. Birgə səylərlə həm ölkələrimizin gələcək inkişafını, eyni zamanda, bir çox ölkələrin nəqliyyat təhlükəsizliyini təmin edəcəyik.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri