PDF Oxu

Siyasət

  • 3 396

“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir - ŞƏRH

“Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir - ŞƏRH

Cari ilin 19 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin İştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası" hidroqovşağının açılış mərasimi olmuşdu. Qeyd edək ki, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. Belə ki, hər iki hidroqovşağın inşası uzun tarixi mübarizənin və gərgin əməyin nəticəsidir. Tarixə nəzər salsaq, 70 il öncəyə qədər gedib çıxan bu layihəyə, hidroqovşaqların inşasına qarşı anti-Azərbaycan dairələrinin, əsasən də radikal müxalifətin məkirli oyunları, çirkin kampaniyaları aparılsa da, iflasa uğrayıblar. Azərbaycan və İran hakimiyyətlərinin iradələri nəticəsində bu mühüm layihələr həyata vəsiqə qazanıb.

Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları uzun illər hər iki xalqın və ölkənin maraqlarına xidmət göstərəcək.Bu gün “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. 1,6 milyard m3su tutumu olan “Xudafərin” və 56,75 milyon m3 su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, o cümlədən hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Həmin layihə yalnız Azərbaycana mövcud 252 min ha torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min ha yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon m3 qaza qənaət imkanı yaradacaq. “Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək. Bundan əlavə, stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ilə Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək. Nəticə olaraq, “Xudafərin” və “Qız Qalası” Azərbaycan və İran üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür.

Qeyd edək ki, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi hadisəsi eyni zamanda Azərbaycan-İran dövlətlərarası münasibətlərin ən yüksək səviyyəsini nümayiş etdirir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər