PDF Oxu

Siyasət

  • 1 960

Azərbaycan-İran əlaqələri bölgənin sabitliyi üçün önəmli amildir - ŞƏRH

Azərbaycan-İran əlaqələri bölgənin sabitliyi üçün önəmli amildir - ŞƏRH

Mayın 19-da Azərbaycan və İran Prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi Azərbaycan və İran münasibətlərində yeni tarixi mərhələnin əssasını qoymuş oldu.

Hər iki dövlət sərhəd üzərində birgə şəkildə bu layihəni həyata keçirməklə regionda maraqları olan xarici qüvvələrə birlik nümayiş etdirdilər.

Regionun stabil olması üçün Azərbaycan-İran münasibətlərinin müsbət inkişaf dinamikası önəmli əhəmiyyət kəsb edir.

Qonşu dövlətlərin bir-biriləri ilə qarşılıqlı hörmət çərçivəsində dostluq və qardaşlıq prizmasından yanaşması olduqca vacibdir.

Azərbaycan hər zaman qarşılıqlı əlaqələrdə bu dəyərlərə sadiq olub.

Əlaqələrin müsbət şəkildə inkişafı üçün ortaq layihələrin icrası həm də vətəndaşların sosial-iqtisadi rifahına da öz müsbət təsirini göstərir.

Açılış mərasimində prezidentlərin verdiyi önəmli və səmimi mesajlar Azərbaycan-İran münasibətlərinə kölgə salmağa çalışanlara göstərdi ki, bütün bu səylər faydasızdır.

Azərbaycan və İran regionda stabilliyin təminatını qarşılıqlı hörmət və yaxın əməkdaşlıqda görür.

Təəssüflər olsun ki, açılış mərasimindən bir müddət sonra İran Prezidenti və onunla bərabər olan rəsmilər helikopter qəzasında həlak oldular.

Azərbaycan qəza baş verən andan İrana dost və qardaş yardımını təklif edən ilk ölkələrdən oldu.

Prezident İlham Əliyev mayın 21-də İran səfirliyini ziyarət edərək mərhum Prezident Rəisinin xatirəsini yad etdi və onun Azərbaycan-İran münasibətlərinin inkişafındakı rolunu yüksək qiymətləndirdi.

Münasibətlərin inkişafındakı yeni mərhələ gələcək üçün müsbət nəticələr vəd edir.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Digər xəbərlər