PDF Oxu

Siyasət

  • 2 163

"AXCP həmişə olduğu kimi yenə də öz repertuarında qalmaqdadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"AXCP həmişə olduğu kimi yenə də öz repertuarında qalmaqdadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Milli Məclisin növbədənkənar sessiyasının çağırılmasının növbədənkənar parlament seçkilərin keçiriləcəyi ilə bağlı səslənən fikirlərlə heç bir əlaqəsi yoxdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.O bildirib ki, Milli Məclisin gündəliyində müzakirə olunmalı qanun layihələri qalanda növbədənkənar sessiya çağırılır və həmin qanun layihələri müzakirəyə çıxarılır: "Parlament seçkilərinin keçirilməsi üçün isə azad və demokratik mühit formalaşdırlıb. Bu baxımdan bu günlərdə keçirilən Prezident Administrasiyası ilə ölkəmizdə qeydiyyatdan keçmiş 26 siyasi partiyadan 25-nin nümayəndələri ilə görüşü də ölkəmizdə yaranmış siyasi dialoq mühtinin göstəricisidir. Görüşdə siyasi partiyaların rəhbərlərinə onları düşündürən məsələləri gündəmə gətirməyə və həmin məsələlər ətrafında müzakirələr aparılmasına imkan yaradıldı. Təbii ki, siyasi dialoq sayəsində siyasi baxışları müxtəlif olan partiyalar arasında ölkənin siyasi mühitinin inkişafı istiqamətində mühüm addımlar atılmışdır".Onun sözlərinə görə, məhz yaranmış yeni siyasi konfiqurasiyasının və əldə olunan siyasi dialoq sayəsində dövlətin milli maraqları ilə bağlı məsələ gündəmə gələndə siyasi partiyalar öz siyasi baxışlarını kənara qoyaraq vahid mövqedən çıxış edə bilirlər: "Amma çox təəssüf ki, AXCP həmişə olduğu kimi yenə də öz repertuarında qalmaqdadır. Belə ki, ölkədə siasi dialoqla bağlı keçirilən tədbirlərə qoşulmur və keçirilən siyasi proseslərlə bağlı qabaqcadan heç bir əsasa söykənməyən fikirlər səsləndirir. Birinci qeyd etmək istəyirəm ki, siyasi partiyanın başlıca məqsədi siyasi proseslərdə iştirak etmək və hakimiyyətə sivil yollarla gəlmək üçün seçkilər vasitəsilə mübarizəyə qoşulmaqdan ibarətdir. AXCP isə kənarda dayanıb ölkəmizdəki azad və demokratik şəraiti tənqid etməklə aparılan hər bir seçki prosesinə kölgə salmağa və öz sifarişçilərinin tapşırıqlarını icra etməklə məşğuldur. Həm də sərbəst toplaşmaq haqqında qanunun tələblərinin pozulmasında hakimiyyəti günahlandırır. AXCP-ni idarə edənlər bir mənalı anlamalıdırlar ki, demokratiya anarxiya deyil. Demokratik cəmiyyət də qanunlarla idarə olunur. O cümlədən Azərbaycanda hüquqi dövlət qurulub və bütün hərəkətlər qanunla tənzimlənir. Qanundan kənar hərəkətlər isə məsuliyyət yaradır. Bu baxımdan "Sərbəst toplaşmaq haqqında" qanunda ictimai toplanışlar ancaq icazə verilmiş yerlərdə keçirilməlidir. Əgər dövlətin müvafiq qurumları qanunun bu tələblərini AXCP-dən də tələb edirsə, bu necə qanun pozuntusu ola bilər? Radikal olmaq heç də dövlətin və xalqın uğurlarını həzm edə bilməmək olmamalıdır. Azərbaycanda seçkilər prosesi azad və demokratik şəkildə keçirləcək və seçkidə iştirak edərək siyasi mübarizəyə qoşulacaq hər bir siyasi partiya xalqın etimadını qazanacağı təqdirdə parlamentdə təmsil oluna biləcəkdir".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər