PDF Oxu

Siyasət

  • 2 185

Əli Kərimli təhlükəli cinayətkara çevrilir ANALİZ

Əli Kərimli təhlükəli cinayətkara çevrilir ANALİZ

Bu gün xalq olaraq tarixin elə bir qürurverici, şərəfli dövrünü yaşayırıq ki, bunu heç bir sözlə, fikirlə ifadə etmək mümkün deyil. Bəlkə də bəzilərimiz böyük zəfərin möhtəşəmliyini tam şəkildə dərk edə bilmirik. Çünki bəzilərimiz hadisələrin içində, bəzilərimiz isə birbaşa iştirakçılarıyıq. Ümumilikdə, yanaşma xoşdur və sevinclidir. Təbii ki, tariximizin müəyyən dövründə bu günləri araşdırıb təhlillər aparıldıqdan sonra böyük zəfərimizin miqyasını bütün varlığımızla anlamaq mümkün olacaq. Bu gün isə növbəti xoş hisslər yaradan hadisələr ondan ibarətdir ki, işğaldan azad edilən ərazilərimizdə geniş quruculuq, təmir və bərpa işləri aparılır. Hər gün hansısa kənd və qəsəbəyə keçmiş qaçqın və köçkünlərin qayıdışı barədə məlumatlar eşidirik. Sevinc doğuran xəbərlər yayıldıqca, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq azərbaycanlıların üzü gülür, sevinir, fərəh hissi keçirir. Mayın 24-də daha bir şad xəbər eşitdik. Azərbaycana qaytarılan Qazax rayonunun 4 kəndində Azərbaycanın sərhədçiləri yerləşib. Kələki və Qazağın 3 kəndi isə payıza qədər Azərbaycana qaytarılacağı qeyd edilir. Bütün bu xoş xəbərlər azərbaycanlı olmağımızla böyük fəxarət hissi yaradır. Həm də Ulu Öndərimiz Heydər Əliyevin zamanında dediyi müdrik kəlamın həqiqətən də möhtəşəm kəlam olduğu yada düşür: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”. Bəli, böyük qürurverici tarix yaşayırıq. Təəssüflər olsun bu xoş günlərimizdə bəzi sapı özümüzdən olan baltalar xarici məkrli qüvvələrin felinə uyub, ayırdıqları qrantlara aludə olub ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar.

Əli Kərimli, Cəmil Həsənli və digərləri satılmağa öyrəncəlidir

Görünən ondan ibarətdir ki, Azərbaycanın dağıdıcı müxalifəti torpaqlarımızın azad edilməsindən və sosial- iqtisadi uğurların qazanılmasından heç də məmnun deyil. Çünki maddi və mənəvi dəstək aldıqları xarici maraqlı dairələrin tələbi və göstərişləri yalnız Azərbaycanın uğurlarını gözdən salmaq və ölkədəki mövcud sabitliyə xələl gətirməkdən ibarətdir. Ə.Kərimli, C.Həsənli və digərləri satılmağa öyrəncəli olduqlarından Azərbaycan xalqının yanında deyil, erməni lobbisinin istək və tələblərinin icraçısı rolunda çıxış etməyə üstünlük verirlər. Azərbaycan xalqı bu üzüdönüklərin əməllərinə bələd olduqlarından onları qınayır və haqlarında hüquqi tədbirlərin görülməsini arzu edirlər. Əminliklə demək olar ki, gec-tez xalqın tələbi yerinə yetiriləcək və hüquq-mühafizə orqanları mili maraqlarımıza qarşı çıxan dağıdıcı müxalif funksionerlərinin cəzalandırılması üçün hərəkətə keçəcəklər. Hələlik isə, Əli Kərimli, Cəmil Həsənli və onların trolları sosial şəbəkələr üzərindən təxribat xarakterli statuslar yazır, videolar paylaşırlar. Hətta Ə.Kərimli o dərəcə təxribatlara meyillidir ki, ətrafında olanları Bakı şəhərində qarşıdurmalara çağırır.

İcazəsiz aksiyalar zamanı dağıdıcı müxaliflər nəzarət altında olmalıdır

Dağıdıcı müxalifətin, xüsusilə də Əli Kərimlinin və ətrafındakı trolların ABŞ-ın və Avropanın qaranlıq dairələrinin sifarişlərinin qulları olduqlarını nəzərə alsaq, o zaman demək olar ki, istənilən vaxt bu məxluqlar terror aktları törədə bilərlər. Həm də nəzərə almaq lazımdır ki, Fransanın ifşa olunan casus şəbəkəsinin ipinin ucu Əli Kərimlinin ətrafına gedib çıxır. Bu baxımdan onları nəzarətsiz qoymaq təhlükəlidir. Hesab edirəm ki, kütləvi tədbirlərdə, xüsusilə planlaşdırdıqları icazəsiz aksiyalar zamanı onlar tam şəkildə nəzarət altına alınmalıdır. Çünki təhlükəli cinayətkar kimi davranış nümayiş etdirən Əli Kərimli istənilən vaxt terror aktları törədə bilər. Daha doğrusu, Ə.Kərimli ətrafına topladığı muzdlullar vasitəsi ilə obyektləri dağıda, mənzillərə hücumlar edə, insanlara xəsarətlər yetirə bilərlər. Ona görə də, heç kim qarantiya verə bilməz ki, Ə.Kərimli Milli Şura və AXCP adından planlaşdırdığı aksiyalar zamanı radikal addımlar atmayacaq. Açıqlamalarına və atdığı addımlarına əsaslanaraq demək olar ki, ondan hər cür cinayət əməlinin törədilməsi gözləniləndir. Nəzərə almaq lazımdır ki, Ə.Kərimli birbaşa əhalinin sıx hərəkət etdiyi Nərimanov və 28 may metrostansiyalarının önündə aksiyaların keçirilməsini israr edir. Deməli, Ə.Kərimlinin məqsədinin birinci hissəsi ondan ibarətdir ki, əhaliyə xəsarətlər yetirilsin, ikinci niyyəti isə şəhərdə gərginlik yaratmaqla ictimai siyasi sabitliyi pozsun. Əminəm ki, mənim müəyyənləşdirdiklərimi Azərbaycan hüquq-mühafizə orqanları da bilirlər. Ona görə təxirəsalınmaz qabaqlayıcı tədbirlər gördükləri şübhəsizdir.

İLHAM ƏLİYEV

Digər xəbərlər