PDF Oxu

Siyasət

  • 2 105

"Azərbaycan iqtidarı daim siyasi partiyalarla dialoqa hazırdır" - ŞƏRH EDİLDİ

"Azərbaycan iqtidarı daim siyasi partiyalarla dialoqa hazırdır" - ŞƏRH EDİLDİ

"Məlumdur ki, Azərbaycan demokratik dövlətdir, demokratik prinsiplərə söykənir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.O bildirib ki, bu demokratik prinsiplərin bir forması da ölkədə siyasi partiyaların tam qanunvericilik çərçivəsində fəaliyyət göstərməsidir: "Eyni zamanda məlumdur ki, "Siyasi partiyalar haqqında" yeni qanun qəbul olundu. Bu, siyasi partiyaların cəmiyyətdə və ümumi ictimai-siyasi proseslərdə iştirakını daha da genişləndirdi. Həm də Azərbaycan dövlətinin məqsədi bu demokratik prinsipləri daha da genişləndirmək, siyasi partiyaların bu proseslərdə iştirakına daha geniş şərait yaratmaqdır. Ölkə Prezidentinin daim bütün ölkə siyasəti qarşısında əsas prinsipal mövqeyi ondan ibarətdir ki, birinci növbədə dövlətçiliyimiz, milli maraqlarımız qorunmalıdır. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi dövründə bütün siyasi partiyalar birləşdi. Bu bizim birliyimizin bir daha bariz nümunəsidir.Bilirsiniz ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası daim milli maraqlara zidd mövqedə dayanıb. Ancaq bunun ölkə siyasətinə cüzi də olsa heç bir təsir imkanı yoxdur. İndi iqtidarın təşəbbüsü ilə siyasi partiyaların Prezident Administrasiyasında görüşü keçirilib. Bu isə bir daha onu deməyə əsas verir ki, siyasi partiyaların bu gün ölkə ictimaiyyətində, siyasi həyatında geniş təmsil olunmasına çox böyük mühit yaranıb. Azərbaycan iqtidarı daim siyasi partiyalarla dialoqa hazırdır. Bu dialoq da həmişə gedir. Bundan sonra da hesab edirəm ki, Azərbaycanda demokratik prinsiplər daha da dərinləşəcək. Bu isə ölkə Prezidentinin apardığı siyasətin tərkib hissəsidir".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər