PDF Oxu

Siyasət

  • 2 145

"Belə bir qurumdan hər hansı çağırış ciddi qəbul edilə bilməz" - ŞƏRH EDİLDİ

"Belə bir qurumdan hər hansı çağırış ciddi qəbul edilə bilməz" - ŞƏRH EDİLDİ

“Paris Şəhər Şurası ədalət meyarlarını itirib və beynəlxalq hüququn norma, prinsiplərindən bixəbərdir. Çünki daha öncə də biz görmüşük ki, 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Paris Şəhər Şurası və onun ermənipərəst rəhbəri Azərbaycan əleyhinə dezinformasiya kampaniyaları ilə məşğul idi. Bu gün Paris Şəhər Şurası Fransadakı erməni lobbisinin istəklərini həyata keçirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Politoloq bildirib ki, buna görə də belə bir qurumdan hər hansı çağırış ciddi qəbul edilə bilməz: “Bu gün Fransa dünyada həyata keçirdiyi neokolonializm siyasəti ilə çoxdan özünü təcrid etmiş hala salıb. Amma Azərbaycan başda olmaqla bir sıra ölkələrin ictimai rəyi məhz Yeni Kaledonya və Korsikada Fransanın müstəmləkəçi siyasətinə görə, Avropanın Olimpiya Oyunlarına ev sahibliyi etməsinin mümkünsüzlüyü müzakirə edilir. Bu Fransada keçirilməsi planlaşdırılan Olimpiya Oyunlarının boykot edilməsi məsələsi də gündəmə gəlib. Bundan əlavə olaraq Fransa Avropa Birliyinin içərisində də artıq konfrantasiyalar yaradır. Fransanın daxilində çox ciddi sosial problemlər mövcuddur. Belə olan halda Paris Şəhər Şurasının COP29 kimi beynəlxalq bir tədbirə Azərbaycanın ev sahibliyi etməsini boykot etmək haqqında qərarı qəbuledilməzdir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər