Siyasət

  • 1 218

Əfv oldu, Əli Kərimli yenə də hay-küyündədir ANALİZ

image

Sayıqlamaq, sərsəm ifadələrlə çıxış etmək sanki dağıdıcı müxalifətin yaşam tərzidir. Öz çirkin məqsədlərinə çatmaq, istək və xəyallarını reallaşdırmaq üçün Milli Şura və AXCP funksionerləri qırmızı yalanlar söyləməyi, insanın canına üşütmə salan şər və böhtanları səsləndirməyə adət ediblər. Yorulmaq, usanmaq nə olduğunu da bilmirlər. Gecə-gündüz Əli Kərimli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Seymur Həzi, Gültəkin Hacıbəyli və xaricdəki antimilli ünsürlər Azərbaycanın milli və dövlətçilik maraqlarına zərbə vurmağa hesablanan ittihamlar səsləndirir, videolar paylaşırlar. 2020-ci ilə qədər işğal dövrü ilə bağlı hədyanlar səsləndirdilərsə, Qarabağın işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunduqdan sonra yeni uydurmalarla çıxış etməyə başlayıblar. Daha doğrusu, özlərindən uydurduqları bəhanələrlə sosial şəbəkələr vasitəsi ilə statuslara paylaşıb, hay-küy qaldırırlar. Bu dəfə AXCP sədri özündən uydurduğu “siyasi məhbus” şousundan danışır. Deyir ki, guya Azərbaycanda 300-ə qədər “Siyasi məhbus” var. Deyən lazımdır, “Əli Kərimli, bilirsənmi siyasi məhbus kimlərə şamil edilir? ”. Ümumiyyətlə, “Siyasi məhbus” terminin haradan və nədən yarandığını görən Ə.Kərimli bilirmi? Dərk edirmi azad, demokratik dünyanın bir parçası olan Azərbaycanda siyasi məhbus ola bilməz. Çünki ölkəmizdə bu günə qədər bir nəfər də olsun siyasi mənsubiyyətinə və siyasi çağırışlarına və fəaliyyətinə görə həbs edilməyib. Əgər kimsə həbs edilibsə, həmin şəxs birbaşa cinayət törədib və cinayət əməlinə görə də məsuliyyətə cəlb edilib.

Əli Kərimlinin siyasi şousu baş tutmadı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə əfv Sərəncamı imzalanıb. Müstəqillik Günü münasibəti ilə imzalanan budəfəkiSərəncam 154 məhkuma şamil edilib. Söz yox ki, Prezidentimizin əfv Sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir. Onlarla ailə əfv Sərəncamının sevincini yaşayır və bu sevinci onlara bəxş edən Prezidentimizə təşəkkür edirlər. Adətlərinə uyğun olaraq yenə də dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər əfv Sərəncamına qarşı ənənəvi qarayaxma kampaniyası təşkil edirlər. Daha doğrusu, hər vəchlə Sərəncamın möhtəşəmliyinə kölgə salmağa çalışırlar. Bu da onların xəbis və ziyankar məxluqlardan olduğunu bir daha təsdiq etmiş olur. Əgər bir nəfərin azadlığa çıxıb ailəsinə qovuşması təmin edilirsə, buna yalnız sevinmək və Sərəncamı alqışlamaq lazımdır. Həm də nəzərə almaq lazımdır ki, əfv Sərəncamının şamil olunduğu məhkumlar bir daha yanlışlığa və səhvlərə yol verməyəcəklərini bəyan edirlər. Bütün bunlar cəmiyyətin sağlamlaşması və cinayətkarlığın tədricən azalmasına xidmət edən amildir. Əli Kərimli xeyirxah addıma kölgə salmağa cəhd edirsə, deməli, onun insan kimi yanaşmalarında da ciddi qüsurları var. Şübhə yoxdur ki, əfv qərarına irad bildirilməsi Ə.Kərimlinin siyasi təxribatlarının bir hissəsidir. Necə ki, 30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsinə Ə.Kərimli, C.Həsənli və onların ətrafında olan trollar müsbət münasibət göstərmədilər, əksinə, erməni revanşistlərisayağı fikirlər səsləndirdilər, eləcə də əfv Sərəncamına kölgə salmağa hesablanan fikirlər səsləndirirlər. Onların məkrli niyyət və məqsədləri aydındır: Hər şeyə qara eynəkdə baxıb, qara fikirlər söyləmək. Bu məxluq iddia edir: “əgər ölkədə “siyasi məhbus” varsa, inkişafdan söhbət gedə bilməz”. Nə qədər savadsız, ağılsız və nəhayət bədxah olasan ki, bu cür yersiz fikirlər söyləyəsən. O dərəcədə kar və kor olasan ki, tikinti meydançasını xatırladan Azərbaycanın hər bir kənd, qəsəbə və şəhərində aparılan genişmiqyaslı tikinti, quruculuq, bərpa işlərini görməyəsən. Ə.Kərimli və ətrafında olan trollar görən kordurlarmı, işğaldan azad edilən ərazilərdə aparılan möhtəşəm quruculuq işlərini görmürlər. Yenidən qurulan, bərpa edilən ərazilərə insanların kütləvi şəkildə köçürülməsindən xəbərsizdilər? Nəhayət, Ə.Kərimli və ətrafında olan trollar Azərbaycanın möhtəşəm uğurlarından məlumatsızlarsa və imzalanan əfv Sərəncamına kölgə salmağa çalışırlarsa, deməli, bu məxluqlar xarici maraqlı dairələrdən yeni təlimatlar alıblar. Ancaq nə demələrindən və danışmalarından asılı olmayaraq Azərbaycan öz möhtəşəm uğur və qələbələrini davam etdirəcək. Hay-küy qaldırmaq və əsassız fikirlər səsləndirmək isə onlara qalacaq. Belə demək mümkünsə, Ə.Kərimlinin və ətrafında olanların söz-söhbətləri sabun köpüyündən başqa bir şey deyil.

İLHAM ƏLİYEV

Digər xəbərlər