Siyasət

  • 2 635

Qusarda müstəqillik günü münasibətilə tədbir keçirilib FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı rayon uşaq incəsənət məktəbi ərazi partiya təşkilatı ilə birlikdə 28 may – Müstəqillik günü münasibətilə tədbir keçirmişdir. Tədbir öncəsi Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik süqutla yad edilmişdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP idarə heyətinin üzvü Azər Badamov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən ətraflı söz açaraq müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışmış, xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və bu gün onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətləri nəticəsində Azərbaycanın müstəqilliyinin qorunub saxlanıldığını, dünyəvi dövlət quruculuğu yolunda ölkəmizin inamla irəliləməsinə nail olunduğunu qeyd etdi.

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı siyasi şəraitdən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərdiyindən, müstəqil Azərbaycan Cümhuriyyətinin qısa ömründə əldə etdiyi böyük nailiyyətlər və qalibiyyətlərdən söz açdı.

YAP Qusar rayon təşkilatının fəalı Svetlana Mirzəyeva çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa zaman ərzində uğurlu fəaliyyətindən söz açaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Müstəqil Azərbaycan Respublikasının ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində daim tərəqqi edib çiçəklənəcəyini qeyd etdi.

Tədbir Qusar rayon uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə baş tutan konsert proqramı ilə yekunlaşıb.

Digər xəbərlər