Siyasət

  • 1 071

Dövlətçilik ənənələrinə əsaslanan İstiqlal Bəyannaməsi ŞƏRH

image

106 il bundan əvvəl Azərbaycan xalqı müstəqillik əzmi nümayiş etdirərək Şərqdə ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoydu. 28 may 1918-ci il tarixində müstəqil, azad və demokratik respublika qurmaq məqsədilə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinə əsaslanaraq İstiqlal Bəyannaməsini imzaladı.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 aylıq dövr ərzində dövlətçilik ənənələrinin formalaşmasında mühüm qərarlar vermiş, ilk parlamenti, hökuməti, dövlət atributlarını, vətəndaşlıq institutunu, o cümlədən, milli ordunu formalaşdırıb.

18 oktyabr 1991-ci il tarixində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Bu aktda 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunaraq Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Ulu Öndər Heydər Əliyev müstəqilliyin qorunub saxlanılmasının nə dərəcə çətin olması haqqında söyləyib: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Müstəqqiliyinə yenicə qovuşmuş Azərbaycanı xəritədən silinmək təhlükəsindən yalnız Ulu Öndər Heydər Əliyev xilas edə bilərdi. Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra dövlətçiliyimizin qorunub saxlanılması və ölkədə ictimai sabitliyin bərqərar edilməsi üçün qətiyyətli addımlar atdı.

1993-cü ildə xalq tərəfindən böyük səs çoxluğu ilə Prezident seçilən Ulu Öndər müstəqil Azərbaycanın dövlət olaraq hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesini sürətləndirdi. Dövlətin gələcək üçün inkişaf strategiyası müəyyən edildi və qısa zaman çərçivəsində ölkəmiz dünyanın nüfuzlu dövlətlərindən birinə çevirildi. Fəal diplomatik addımlar sayəsində ölkəmizin məruz qaldığı təcavüzkar işğal siyasəti dünyanın demokratik, aparıcı dövlətləri və təşkilatları tərəfindən tanındı.

Ulu Öndər Heydər Əliyevin müstəqilliyini qoruduğu və möhkəmləndirdiyi Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında tarixdə özünün ən qüdrətli dövrünü yaşayır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir. Ən əsası isə Prezident İlham Əliyev Azərbaycanın 30 il işğala məruz qalmağına son qoyaraq xalqımızı öz ətrafında bir yumruq şəkilində birləşdirməklə ölkəmizin ərazi bütövlüyünü tam şəkildə təmin edən Müzəffər Ali Baş Komandandır. Xankəndidə, Şuşada və işğaldan azad edilən ərazilərimizdə dalğalanan üçrəngli Azərbaycan bayrağı gələcək nəsillər üçün unudulmaz dövlətçilik mirasıdır.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Digər xəbərlər