Azərbaycanla Tacikistan arasında ticari-iqtisadi əlaqələrin əsasını idxal-ixrac, həmçinin tranzit yükdaşımalar təşkil edir. Tacikistan Respublikası alüminium istehsalı üçün Azərbaycan Respublikasından gil-torpaq və neft koksu idxal edir. Gəncə gil-torpaq kombinatından Tacik Alüminium Şirkətinə hər il 300 min tondan çox gil-torpaq göndərilir. Bununla yanaşı, Azərbaycandan nar şirəsi, kərə yağı, şəkər və digər kənd təsərrüfatı məhsulları idxal edir. Azərbaycan iqtisadiyyatının ət-süd istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq sahəsi, şərabçılıq və digər kənd təsərrüfatı bitkiləri kimi sahələr Tacikistan üçün müəyyən maraq doğurur. Ölkələrimiz arasında mal dövriyyəsi 2009-cu ildə 25 milyon 472 min dollar təşkil edib. Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Dərin tarixi köklərə söykənən Azərbaycan – Tacikistan mədəni əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb. 2007-ci ilin oktyabrında Azərbaycanda Tacikistan mədəniyyət günləri keçirilib. Tacikistanın mədəniyyət naziri Mirzoşoxrux Asrorovun rəhbərlik etdiyi 90 nəfərlik nümayəndə heyəti Azərbaycanda səfərdə olub. İki ölkə arasında indiyədək ümumilikdə 70-dən çox sənəd imzalanıb. Ötən il Azərbaycan dövlət başçısının Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair 14 sənəd imzalanıb. Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə 2008-ci ildən fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiya işini uğurla davam etdirir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda vurğulanan əsas məqamlar iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi istiqamətində atılan konkret addımları əks etdirir. Sənayekooperasiyası, humanitar sahədə əməkdaşlıq və iqtisadi layihələrin reallaşdırılması üzrə verilən tapşırıqlar bu münasibətlərin praktiki nəticələrinitəminedir. Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması iki ölkə arasında qarşılıqlı dəstək və əməkdaşlığın konkret nəticələrə yönəldiyini göstərir. Nəqliyyat sektoru Azərbaycan və Tacikistan arasında əməkdaşlığın mərkəzində dayanır. Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yük göndərənlər üçün cəlbedici logistik layihələrdən biridir. Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırmış və bu gün böyük həcmdə yükləri qəbul etməyə hazırdır. Bu layihələr iki ölkə arasında nəqliyyat-logistika imkanlarının genişlənməsinə və iqtisadi əlaqələrin güclənməsinə xidmət edir. Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir. Bu tədbirlər iki ölkə arasında humanitar sahədə əməkdaşlığın möhkəmlənməsinə və xalqlarımızın bir-birini daha yaxşı tanımasına şərait yaradır. Cari ilin 23 may tarixində imzalanmış Azərbaycan-Tacikistan sənədləri iki ölkə arasında münasibətlərin hüquqi bazasını möhkəmləndirir. Bu sənədlər arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi, sənaye, rəqəmsal ticarət, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığa dair memorandumlardan ibarətdir. Bu sənədlər iki ölkə arasında iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrin inkişafına mühüm töhfə verəcəkdir.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri