Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində Prezident İlham Əliyev iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibə zamanı bir sıra vacib məqamlara toxunub.
1991-ci ildə Azərbaycanöz müstəqilliyini əldə etdikdən sonra Qərb ölkələri ilə faydalı əməkdaşlıq,mehriban qonşuluq və dinc yaşamaq prinsiplərini prioritet qəbul edərək beynəlxalq müstəvidə geniş fəaliyyətə başladı. Bu kontektsdə Avropa İttifaqı ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın iqtisadi maraqlarının təmin olunması və o cümlədən siyasi müstəvidə faydalı əməkdaşlığı ehtiva edirdi. Aİ ilə Azərbaycanın əməkdaşlıqda qarşıya qoyduğu əsas məqsəd milli iqtisadiyyatın Avropanın iqtisadi məkanlarına tam inteqrasiyanı həyata keçirməkdən ibarət idi.
İkinci Qarabağ müharibəsi və bir günlük antiterror əməliyyatı zamanı işğal olunan ərazilərimiz tamamən işğalçılardan azad edildi və Qarabağ problemi kökündən həll olundu. Azərbaycanı bu gün dünyanın ən sabit ölkələrindən biri hesab etmək olar. Nəticədə, Azərbaycana davamlı şəkildə xarici dövlət rəhbərlərinin, şirkət nümayəndələrinin səfərləri olur, müqavilələr imzalanır və gələcəyə hesablanan böyük layihələrin təməli qoyulur. Eyni zamanda ölkəmiz daha böyük tədbirlərə ev sahibliyi etməyə hazırlaşır və onlardan biri də yaxın gələcəkdə baş tutması nəzərdə tutulan COP29-dur. Prezident cənab İlham Əliyev müsahibəsi zamanı qarşıda bizi gözləyən tədbir barədə suallara aydınlıq gətirərək təminatlı təhlükəsizlik barəsində danışıb və COP29 zamanı ölkəmizdə bütün tərəflərin özlərini rahat hiss etməkləri üçün yüksək bir mühit yaradılacağını diqqətə çatdırıb.
Dövlətimizn başçısı çıxışında Azərbaycan "Şərq Tərəfdaşlığı"nın fəal tərəfdaş ölkəsi olduğunu qeyd etdi.Azərbaycanda COP29 zamanı bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır. Qoşulmama Hərəkatında Azərbaycanın körpü rolunu oynamaqda böyük təcrübəsi var. Ölkəmiz Hərəkata 4 il sədrlik etdi. 120 üzv ölkə ilə həqiqətən də böyük tərəqqiyə nail olduq. Avropa İttifaqına üzv olan ölkələrlə Azərbaycan fəal işləyir. Belə ki, üzv ölkələrin 9-u ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və qəbul edilmişdir. Qeyd edək ki, tədbir zamanı Azərbaycanda qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar. Malik olduqları təbii sərvətlərə görə isə ölkələr mühakimə olunmamalıdırlar. Təbii ki, əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Belə ki, ölkəmiz öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Hazırda Azərbaycan Respublikasının siyasi və iqtisadi potensialı artmış, regionda söz sahibi olan dövlətə çevrilmiş, beynəlxalq "siyasət səhnəsi"ndə nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir.
Azərbaycan tərəfindən COP üçün yenilik olan bir təşəbbüs irəli sürülüb. Bu da, üçlük – yəni 3 ölkə mexanizminin yaradılması. Məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ), Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Bu üçlük - BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini