"Prezident İlham Əliyevin apardığı siyasətin təməlində humanizm prinsipləri əsas yer tutur". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Deputat bildirib ki, dövlət başçımızın prezidentliyi dövründə Amnistiya aktlarının qəbul olunması və əfv sərəncamların imzalanması müntəzəm hal almış, on minlərlə məhkum olmuş şəxslərin normal həyata qayıtmasına yol açmışdır: "Bu baxımdan Müstəqillik Günü ərəfəsində imzalanmış növbəti əfv sərəncamı da 154 şəxsə şamil olunmuş, bu sərəncamın təsiri altına düşmüş şəxslər cəzalardan azad olunmuş və ya da cəzaları azaldılmışdır. Bu, cənab İlham Əliyevin hər bir vətəndaşın Prezidenti olmasının göstəricidir.Dövlət başçımızın imzaladığı əfv sərəncamı ilə azad olunmuş şəxslər bayram günündə öz ailələri və doğmaları ilə sevinci yaşamışdır. Əfv sərəncamları məhkumluq həyatını yaşayan şəxslərə özlərini real həyatda yenidən doğrultmalarına və cəmiyyətin bir hissəsi olaraq quruculuq və yaradıcılıqla məşğul olmalarına yenidən fürsət verir. Belə ki, məhkum olunanların bəziləri ehtiyatsızlıq üzündən və ya da özündən asılı olmayan səbəblərə görə məhbəs həyatına düşürlər. Belə insanların əfv olunması onlara yenidən yaşamaq ümidinin bəxş edilməsi və həyatın bəxş edilməsi deməkdir. Həm də əfv olunan şəxslər əsasən məhbəs həyatında özlərini nümunəvi aparan və cəmiyyət üçün xüsusi təhlükə yaratmayan şəxslər olurlar. Bu baxımdan əfv sərəncamlarının imzalanması məhbus həyatını yaşayan şəxsləri öz gələcəyini düşündürməyə və müddətdən tez cəzadan azad olunması üçün nümunəvi aparmasına sövq edir. Bu baxımdan əfv sərəncamlarının həbs həyatını yaşayan şəxslərin psixoloji tərbiyə olunmasında xüsusi rolunun olduğunu hesab edirəm.Ölkə baçısının imzaladığı əfv sərəncamları həbsxanalarda cəzasını çəkən əcnəbi vətəndaşlara da şamil olunur. Son sərəncamla 8 xarici vətəndaş məhbusluqdan azad olundu. Bu, həm də xarici vətəndaşlarda ölkəmizin humanist siyasəti haqqında yüksək fikir formalaşdırır".
Müəllif: Söylü Ağazadə