PDF Oxu

Siyasət

  • 1 990

Ağcabədidə Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir - ŞƏRH

Ağcabədidə Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir - ŞƏRH

May ayının 27-də YAP Ağcabədi rayon təşkilatının inzibati binasında 28 may Müstəqillik günü münasibətilə tədbir keçirmişdir.

Tədbirdən əvvəl bir qrup YAP fəalının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin Heydər Əliyev meydanındakı abidəsi önünə tər çiçək dəstələri düzülərək onun əziz xatirəsi ehtiramla yad edilmişdir.

Tədbir iştirakçıları əvvəlcə inzibati binanın foyesində Ağcabədi rayon Mərkəzi Kitabxananın əməkdaşlarının təşkil etdiyi Azərbaycanın müstəqillik yolunu əks etdirən kitab sərgisi ilə tanış olmuşlar.

Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov açdı.

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Azərbaycanın Dövlət Himni səsləndikdən sonra YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov geniş məruzə etdi.

Məruzədə qeyd edildi ki, 28 May Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi-hərbi şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli Respublikası yaradılıb.

Cümhuriyyət cəmi 23 ay mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.

MəruzəÖlkəmizin hərtərəfli yüksək qabiliyyətli, vətəndaşları tərəfindən sevilən və Beynəlxalq aləmdə xüsusi nüfuzu ilə seçilən Prezidenti, güclü ordusu və yumruq kimi birləşmiş xalqı olduğunu vurğulayan natiq bu birliyin Azərbaycanı daha böyük Qələbələrə çatdıracağına əminliyini ifadə etmişdir.

Məruzə ətrafında GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova, Ağcabədi Regional Mədəniyyət idarəsi ƏPT sədri Məhəbbət Əliyeva, Ağcabədi Pedaqoji kollecin psixoloqu Sevinc Hüseynova çıxış edərək öz fikirlərini ifadə etmişlər.

Tədbirin sonunda Partiya işində səmərəli fəaliyyətinə görə bir qrup YAP fəalına fəxri Fərman və Partiya sıralarına daxil olan bir qrup gəncə YAP vəsiqəsi təqdim edilmişdir.

Ağcabədi şəhər 4 saylı tam orta məktəbin şagirlərinin ifasında səslənən şeirlər maraqla dinlənilmişdir.

Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə tədbir başa çatmışdır.

Digər xəbərlər