PDF Oxu

Siyasət

  • 3 079

“Azadlıq” radiosunun fəaliyyəti “Səhər” TV -nin fəaliyyətindən fərqlənmir ANALİZ

“Azadlıq” radiosunun fəaliyyəti “Səhər” TV -nin fəaliyyətindən fərqlənmir ANALİZ

Ə.Kərimli M.Ə.Rəsulzadənin abidəsi önündə mini aksiya təşkil etməklə özünü və ətrafını rüsvay etdi

Sosial şəbəkələrin nəzarətsiz zona olmasını sübut etməyə və ya dəlillərlə çıxış etməyə ehtiyac yoxdur. “Görünən dağa nə bələdçi” məsəlinə uyğun olaraq sosial şəbəkələrdə cərəyan edən biabırçılıqları görən və bilənləri əlavə sübutlarla yormağa ehtiyac yoxdur. Ən dəhşətlisi və rüsvayçı hal ondan ibarətdir ki, özlərini siyasətçi hesab edib, siyasət meydanında var-gəl edənlər daha çox sosial şəbəkələrin “ulduzu”na çevriliblər. Nə zaman sosial şəbəkələrə nəzər yersən Əli Kərimlinin, Cəmil Həsənlinin, Fuad Qəhrəmanlının, Gültəkin Hacıbəylinin və digərlərinin orada eşələndiklərini görmək olar. Sanki bu məxluqların işləri-gücləri yoxdur. Elə bil ki, bu ünsürlər sosial şəbəkələrin ştatlı əməkdaşlarıdır. Xüsusilə də, xarakter və düşüncə baxımdan əmmaməli mollalardan fərqlənməyən Əli Kərimli gecə-gündüz sosial şəbəkələrdədir. Bu məxluq özünü gah siyasətçi, gah da bloger kimi təqdim etməyə çalışsa da, cəmiyyət onu maraqlı tərəflərin trolu olaraq tanıyır. Sadəcə, Ə.Kərimlinin digər trollardan fərqi ondan ibarətdir ki, xarici maraqlı dairələr birbaşa onunla işləyirlər. Yəni, Ə.Kərimliyə maddi yardımlar göstərir və qarşılığında müəyyən işlər tələb edirlər. Bu əməkdaşlıq çərçivəsində Ə.Kərimli hər vəchlə çalışır ki, ətrafına daha çox trol toplasın. Məram və məqsədlərini anlamayan bir qrup insanın iradə zəifliyindən istifadə edən Ə.Kərimli onları öz tərəfinə çəkə bilir. Düzdür, bir müddət sonra həmin o iradə zəiflər ayılırlar və səhv etdiklərini başa düşüb, əski mövqelərinə qayıdırlar. Lakin bu halda belə Ə.Kərimli müəyyən keçid üçün onların imkanlarından öz xeyirinə istifadə edir. Yəni küçələrə çıxıb hay-küy qaldırır və ya sosial şəbəkələrdə kimisə söymək üçün trol olaraq istifadə edir. Faktlara və baş verən proseslərə istinad etsək, o zaman demək olar ki, diribaşlığı ilə seçilməyə çalışan Ə.Kərimli özlərini müstəqil media subyekti olaraq təqdim etməyə cəhd edən xarici radiostansiyalardan da istifadə edir. Yəni ona “Azadlıq”, “Amerikanın səsi”, “BBC” və bu kimi digər xarici radio və internet TV –lər də yardımçı olurlar.

“Azadlıq” radiosu şər yuvasına çevrilir

28 may Müstəqillik Günü münasibəti ilə Ə.Kərimli və ətrafının təşkil etdikləri məzhəkədə “Azadlıq” radiosu canfəşanlığı ilə seçilməyə çalışırdı. Bu üzdəniraq radionun əməkdaşları Ə.Kərimlinin təşkil etdiyi piket-şouda gah iştirakçı, gah təbliğatçı gah da jurnalist kimi özlərini təqdim edib, moizələr söyləyirdilər. Ümumiyyətlə, faktlara əsaslanaraq onu qeyd etmək olar ki, “Azadlıq” radiosunun fəaliyyəti fars-molla rejiminin nəzarəti altında olan “Səhər” TV-nin fəaliyyətindən fərqlənməyir. Əgər “Səhər” TV Azərbaycana qarşı şər və böhtanlar səsləndirməsi ilə seçilməyə çalışırsa, “Azadlıq” radiosu da ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinə kölgə salmaq üçün qarayaxma kampaniyası aparır. Bəzən elə ehtimal etmək olur ki, şər yuvaları hesab olunan “Azadlıq” radiosu və “Səhər” TV eyni mərkəzdən idarə olunurlar. Ancaq özlərinin iddialarına görə hər biri fərli mərkəzlərə bağlıdırlar. Hətta “Azadlıq” radiosu iddia edir ki, onlar müstəqil media qurumudurlar. Halbuki, “Azadlıq” radiosu ABŞ Konqresindən maliyyələşir. “Azadlıq" radiosunun nizamnaməsində qeyd edir ki, Konqres tərəfindən maliyyələşdirilməsinə baxmayaraq, müstəqil KİV qurumudur, informasiya siyasətində azaddır. Mövcud ortada olan faktlar isə sübuta yetirir ki, radio heç də azad deyil, birbaşa ABŞ-ın qaranlıq dairələrinin ruporudur. Radionun Azərbaycana qarşı qərəzli və sifarişli reportajları da faktları təsdiq edir.

Əli Kərimli şounun “qəhrəmanı” olmağa çalışdı, lakin...

Şeytan yuvası hesab olunan “Azadlıq” radiosunun böyük həvəslə yayımladığı verilişlərindən biri də, yuxarıda qeyd etdiyimiz kimi Ə.Kərimlinin 28 May Müstəqillik Günü münasibəti ilə təşkil etdiyi piket-şou oldu. M.Ə.Rəsulzadənin abidəsi önündə mini aksiya təşkil edən Ə.Kərimli mikrofonu əlinə alıb, ağlına deyil ağzına gələnləri danışdı. Qırmızı yalanlarının sayını o dərəcə artırdı ki, ətrafındakı trollarının da sifətlərinin rəngi turp kimi qırmızı rəngə çevrildi. İddia edirdi ki, ölkədə M.Ə.Rəsulzadənin abidəsi qoyulmur, adı əbədiləşdilməyir və digər filan-filanlar. Bu yerdə deyiblər “həyasızın əlinə bel versən, dağıtmadığı arx qalmaz”. Görən Ə.Kərimli və ətrafındakı trollar bilmirlərmi, Azərbaycan Prezidenti, Fateh Sərkərdə İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb? Sərəncamla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək. Prezident İlham Əliyevin Sərəncamı ilə M.Ə.Rəsulzadənin fəaliyyəti digər cümhuriyyət iştirakçıları kimi dəyərləndirilir: “Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır".

Əgər Ə.Kərimli və ətrafında olanlar bu barədə məlumatsızlarsa, buyurub, medianı nəzərdən keçirə bilərlər. “M.Ə.Rəsulzadəyə abidə qoyulmur” deyərkən görən, heç xəcalət çəkirmi. Ən azı başını qaldırıb, kimə məxsus abidənin önündə var –gəl etdiyini görə bilmirmi? Ə.Kərimli kimin abidəsinin önündə olduğunu anlamırmı? Təbii ki, hər şeyi yaxşı anlayır, həm də hər şeyi yaxşı görür. Sadəcə hikkə və iddia, şərə və böhtana bulaşması onun gözlərini kor, qulaqlarını kar edib.

İLHAM ƏLİYEV

Digər xəbərlər