28 May - Müstəqillik Günündə Prezident İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə görüşərək onlara yeni təmir olunan evlərin açarlarını təqdim etdi. Azərbaycanın müstəqilliyinin elan olunmasından cəmi 4 ay sonra Xocalı Ermənistan tərəfindən işğala və insanlığa qarşı cinayətə - soyqırıma məruz qaldı. 32 il Xocalı sakinləri öz həyatlarının başqa yerlərdə keçirdilər. Xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya bir daha sübut edən antiterror əməliyyatları nəticəsində azad edilən Xocalıya artıq 8 aydan sonra ilk sakinlər qayıdır.
Artıq üçüncü ildir ki, Prezident İlham Əliyev Müstəqillik Günündə böyük qayıdışla əlaqədar vətəndaşları sevindirir. 2022-ci ildə Ağalı kəndində, 2023-cü ildə Laçın şəhərində Prezident İlham Əliyev Müstəqillik Günü ərəfəsində sakinlərə yeni evlərin açarlarını təqdim etmişdi. Bu gün bu siyahıya Xocalı şəhəri də əlavə olunur.
Hər il Xocalıya qayıtmaq ümidi ilə Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin tikintisi təxirə salınırdı. Ona görə ki, xalqımız Xocalıya qayıdacağımıza inanırdı. Bu inamın isə mənbəyi Prezident İlham Əliyev idi. Cari ilin 26 fevral tarixində Prezident İlham Əliyev Xocalıda xocalılılarla bərabə həmin Memorial Kompleksinin təməlini qoydu. Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq.
Vətəni bütövləşdirən layiqli Prezident İlham Əliyevin şəxsi diqqəti ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq zəfərinə, qayıdış köçləri ilə öz yurdlarına qovuşdurulan keçmiş məcburi köçkünlərin sevinclərinə şahidlik etmək ürəklərimizdə təsvirəgəlməz sevinc hissi yaradır.
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini