Zaman-zaman ayrılan qrant bölgüsü üstündə dağıdıcı müxaliflər və xaricdəki antimilli qüvvələr arasında ciddi çəkişmələr, qarşıdurmalar yaşanıb. Bəzən bu qarşıdurmalar o dərəcədə gərgin xarakter alır ki, tərəflər bir-birini ən sərt vasitə və üsullarla təhqir edirlər. Məhz qarşıdurmanın gərgin olması səbəbindən ABŞ-da mühacir həyatı yaşayan Sevinc Osmanqızı AXCP sədri Əli Kərimli ilə bütün əlaqələrini kəsdi və onu “dələduz”, “müxalifətin birliyinə zərbə vuran partiya sədri” adlandırdı. Ə.Kərimli də təslim olmağa meyilli məxluq olmadığını göstərmək üçün əlinin altında fırlanan Fuad Qəhrəmanlı vasitəsi ilə S.Osmanqızını ağ yuyub, qara sərdi, haqqında qulaqları qızardan, sifətlər də təəccüblər yaradan ittihamlar səsləndirdi. Belə qovğanın yaşandığı məqam da hər kəsi bir sual düşündürdü, nə baş verir, niyə ən yaxın müttəfiqlər hesab olunan məxluqlar gözlənilmədən bir-birini ifşa etməyə başladılar? Səthi araşdırmalarla bir növ xoruzun quyruğu göründü. Məlum oldu ki, S.Osmanqızı vasitəsi ilə Ə.Kərimliyə çatdırılmalı olan 17 min 500 ABŞ dolları birincinin pul kisəsində ilişib qalıb. Ə.Kərimli də “peysər”lərdən olmadığını göstərmək, həm də digərlərinə dərs keçmək üçün bütün trolları ilə S.Osmanqızını təhqir edib, zərərsizləşdirməyə çalışdı. Demək olar ki, Ə.Kərimli qismən də olsa niyyətini reallaşdıra bildi. O mənada ki, tutarlı faktlar önündə sınan S.Osmanqızı bir növ ağ bayraq qaldırmalı oldu. Artıq demək olar ki, tərəflər arasında söz dueli baş vermir. Bu sakitliyin nə zamana qədər davam edəcəyini demək çətin olsa da, hər halda ortada olan fakt ondan ibarətdir ki, tərəflər bir-birini rüsvay etməyi dayandırıblar. Lakin ola bilsin ki, hər iki tərəfin tabe olduqları şəbəkə onları yenidən bir araya gətirib, eyni pozucu məqsədləri həyata keçirməyə təhrik etsin.
Xaricdəki antimilli ünsürlər arasında qarşıdurma böyüyür
Sevinc Osmanqızı-Əli Kərimli qarşıdurması fonunda xaricdəki bəzi antimilli ünsürlər arasında da münasibətlər heç də isti deyil. Konfliktlərin yaranmasının kökündə yenə də ayrılan maliyyə yardımlarının bölgüsündə tərəflərin bir-birinə atması dayanır. Dostlarına qarşı ən çox dələduzluğa Trol Sadıqlı etdiyi deyilir. Yəni bu məxluq haqqında heç də yaxşı fikir formalaşmayıb. Bir qədər əvvəl də xaricdəki “söyüş müxalifəti”nin əsas simalarından olan Məhəmməd Mirzəli də açıqlama ilə çıxış edərək bildirmişdir ki, Trol Sadıqlı ona böyük məbləğdə pul atıb. İndi isə antimilli ünsürlərin fəallarından hesab oluna Əfqan Muxtarlı Trol Sadıqlı haqqında ittihamlarla çıxış edir. Ə.Muxtralı T.Sadıqlı insanları jantaj edərək, onlardan pul almaqda günahlandırıb. Trol Sadıqlı Ə.Muxtarlının ittihamlarını cavabsız qoymayıb. Cavab haqqında T.Sadıqlı AXCP sədri Ə.Kərimlinin də bostanına daş atmağı unutmayıb. Bildirib ki, kim hakimiyyətə qoşulub haqqımda iftiralar tirajlayırsa, hamısı şərəfsizdir: “Bunun başqa adı yoxdur. Ay nə bilim, haqqımda Almaniyada cinayət işi açılıb, məni ifadələrə çağırırlarmış, nə bilim nə! Hamısı yalandır. Lakin görünür, bu temaya yaxşı pul buraxıblar”. Ə.Muxtarlı T.Sadıqlıya nifrət etdiyindən onun açıqlamasına münasibət bildirməyi lazım bilib.
Əfqan Muxtarlı: “Tural mahiyyətinə uyğun olaraq söyüş söyür”
Ə.Muxralı açıq şəkildə paylaşdığı statusunda Tural Sadıqlını təhqir edib. Bildirib ki, T. Sadıqlı yenə ad çəkmədən onu-bunu qaralayıb və təhqir edib: “Yenə adımı çəkməyə cəsarəti çatmadan üstü örtülü bostanıma daş atıb. Başlayaq sorğudan. Bəli, Almaniya prokurorluğuna sorgu göndərərək Azərbaycandan olan bloggerlərə cinayət işinin açılması barədə mətbuata gedən məlumatlara eyni zamanda cinayət işi üzrə ifadə verən adamların açıqlamalarına rəsmi şəkildə münasibət bildirmələrini istəmişəm. Tural, bu sorğu səni niyə narahat edir? Burada söhbət məsələyə aydınlıq gətirməkdən gedir. Hər hansı məlumat verməkdən yox. Şəxsən mən Turala qarşı cinayət işinin qaldırıldığını deməmişəm. Çünki məndə məlumat olsa da, rəsmi sənəd yoxdur. Və rəsmi sənəd olmasa kimsənin də adını çəkən deyiləm. Mən Tural deyiləm ki, faktsız adamlar barədə danışım yazım. Hələ onu demirəm ki, istintaqdan qaçıb gedənlər var. Almaniyada qala bilmirlər, Bakıya dönmək üçün razılıq vermirlər”.
Ə.Muxtralı onu da bildirib ki, Tural mahiyyətinə uyğun olaraq söyüş söyür. On qatını özünə aid edirəm. Tural statusunda iddia edir ki, xaricilərə Azərbaycanda baş verənlər barədə danışmaq olmaz, xaricilərin konfransında iştirak etmək olmaz. Əvvələr edibmiş və peşman olub. Həmin statusda da qeyd edib ki, mən problemləri öz hakimiyyətimizlə, öz məmurumuzla müzakirə edirəm.
Bax, sual verirəm, sən Tural Avropada hansı Azərbaycan məmuru ilə görüşüb dərdləşirsən? Kimdir o məmur? Nə danışırsız? Müxalifətci, özü də hakimiyyəti sərt şəkildə tənqid və təhqir edən birini nə əcəb Azərbaycan məmuru qəbul edir? Nəyin müqabilində? Mən belə bir status yazsaydım satqın elan edilmişdim. Tural və onun kimiləri yeri göyü dağıdırdı. Mən Turala satqın filan demirəm. Qoy camaat özü qiymət versin. Sadəcə yuxardakı suallara cavab yazsın bəsdir”.
Ə.Muxtralı T.Sadıqlını daha geniş şəkildə alçatmaq üçün ağacın müxtəlif budaqlarına da əl atır və nəhayət ailəsinə ilişən fikirlər səsləndirir. Deyir ki, Turalın atası Əlövsət bəy şəffaf şəkildə yazır ki, Prezident Aparatında rəsmi şəxslərdən bir ilə görüşüb Turalın məsələsini müzakirə etmək istəyirəm: “Ata kimi narahat olduğunu deyir Əlövsət bəy. Yəqin ki, elədir. Düzdür özüm qarışıq xeyli müxalifətci həbs də olunub, həyatı təhlükəyə də düşüb. Amma heç kəsin valideyni gedib PA-dan imdad diləməyib”.
Bütün bu kimi baş verən qarşılıqlı ittihamlar onu deməyə əsas verir ki, artıq xaricdəki antimilli unsurlər arasında qarşıdurma tədricən böyüməyə başlayır. Bu isə gözləniləndir. Çünki itlərin qabağına yal atanda onlar sakit şəkil də yeməklərini yemirlər. Çalışırlar ki, biri digərindən daha çox qida qəbul edə bilsin. İndi də xaricdəki antimilli ünsürlərə verilən maliyyə yardımından hər biri daha çox əldə etməyə çalışır. Bu isə antimilli ünsürlər arasında boğuşmaların yaranmasına gətirib çıxarır. Yəqin ki, bu boğuşma hələ çox davam edəcək, o zmana qədər ki, nəhayət birlikdə sifariş əsasında yaratdıqları şəbəkə dağılacaq.
İLHAM ƏLİYEV