PDF Oxu

Siyasət

  • 1 815

Azərbaycan-Tacikistan: dost və strateji tərəfdaş ölkələr ŞƏRH

Azərbaycan-Tacikistan: dost və strateji tərəfdaş ölkələr ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin may ayının 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri ilə əlaqədar mətbuata bəyanat vermişdir.

Bəyanatda qeyd edilir: “Bu gün nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətimizlə bağlı məsələlərin geniş spektrini müzakirə etdik, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətimizin üzvlərinə konkret tapşırıqlar verdik. İlin sonunda Emoməli Şaripoviç yenidən ölkəmizə səfər edəcək, biz bir daha bütün məsələləri nəzərdən keçirəcək və verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik. Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər.”

Azərbaycan və Tacikistanın daim sıx dostluq münasibətində olmasını qeyd edən cənab Prezident qeyd etmişdir ki, qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb.

Bəyanatda iqtisadi əməkdaşlığın hər iki ölkə üçün böyük əhəmiyyət daşıdığını bildirən Azərbaycan Prezidenti əlavə edib ki, “bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirildi, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalandı və bu barədə bu gün bizə məlumat verildi. Hesab edirəm ki, bu, bizə qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək.”

Dost ölkə olaraq təhlükəsizlik məsələlərində daim bir - birinin yanında olan iki ölkənin bu sahədə əməkdaşlığına xüsusi önəm verən cənab Prezident vurğulayıb: “Bu gün, həmçinin geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə etdik. Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik. Başqa sözlə, hətta ölkələrimizin nümayəndə heyətlərinin tərkibi də geniş gündəmdən xəbər verir.”

Tacikistan Prezidentinin ölkəmizə səfəri mühüm sənədlərin imzalanması ilə xarakterizə edilir.

Nazim BÜNYATOV,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər