PDF Oxu

Siyasət

  • 3 293

Böyük qayıdış uğurlu siyasətin davamıdır ŞƏRH

Böyük qayıdış uğurlu siyasətin davamıdır ŞƏRH

Bu gün Azərbaycan sosial-iqtisadi, hərbi, siyasi qüdrətinə görə, dünyanın ən aparıcı dövlətlərdən birinə çevrilib. Mövcud reallıq bir daha onu təsdiq edir ki, Azərbaycanın dövlətçilik sükanı etibarlı əllərdədir. Ulu Öndərimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində 30 il erməni işğalı altında olmuş ərazilərmiz öz azadlığına qovuşdu. Azərbaycan Prezidenti, Ali Baş Komndan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində üçrəngli bayrağımızın ucaldılması mərasimində bildirdi ki, biz qayıtmışıq və əbədi olaraq bu torpaqlarda yaşayacağıq: “Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik”.

Söz yox ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərlə Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaratdı. Həm də tarixi qələbə ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, lakin icra edə bilmədiyi 4 qətnamənin müddüalarını özü həyata keçirməyi bacardı. Təbii ki, qazanılan möhtəşəm uğurlarda Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Patiyasının da böyük payı var. Çünki yarandığı gündən YAP ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq bütün bacarığını dövlətin inkişafına, xalqını sosial rifah halının daha da yaxşılaşmasına yönəldərək Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli töhfəsini verib. Məhz bu cür xeyirli, gərəkli fəaliyyətini yüksək qiymətləndirən qədir bilən Azərbaycan xalqı bu zamana qədərkeçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasına dəstək verib. Nəticə də ölkəmizdə keçirlən prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası üstün qələbələrə imza atıb.Bu uğurlu siyasətin bundan sonra da davam edəcəyi və ölkəmizə yeni-yeni qələbələr gətirəcəyi şübhəsizdir. Hələlik isə onu qeyd etmək lazımdır ki, btün hədəf və məqsədlər işğaldan azad edilən ərazilərin yenidən qurulmasına və insanların öz doğma yurd –yuvalarına qayıtmasına yönəlib. Tam əminliklə vurğulamaq lazımdır ki, cəbhə də Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə möhtəşəm qələbəyə imza atan xalqımız Qarabağımızın çiçəklənən, inkişaf edən diyara çevrilməsinə də öz layiqli tövhəsini verməkdədir. Bu gün Qarabağımız böyük tikinti meydanını xatırladır. İşğaldan azad edilən ərazilər də infrastrukturun qurulması, yeni avtomobil yollarının çəkilməsi, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılması, park və xiyabanların salınması görülməsi nəzər də tutulan işlərin təkib hissəsidir. İnsanların kütləvi şəkil də öz doğma yurdlarına qayıtması başlanılan Böyük Qayıdışın mühüm əsasını təşkil edir. Azad olunmuş ərazilərə səfərləri zamanı Prezident İlham Əliyev bildirirdi ki, tezliklə bu torpaqlarda yeni şəhər və qəsəbələrin, infrastrukturların, sosial obyektlərin və müxtəlif müəssisələrin açılışlarını edəcəyik. Budur artıq Prezident, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev dediyini etdi, işğaldan azad edilən ərazilərimizin yenidən qurulması fonunda insanlarımız öz doğma yurd-yuvalarına qayıdırlar. Qarabağımızın qala qapısı, Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinə may ayı ərzində 100- yaxın ailə köçürülüb. Həsas diyarımız hesab olunan Xocalı şəhərinə isə 71 ailənin köçürülməsi təmin olunub. 28 May Müstəqillik Günündə 44 ailənin Xocalıda daimi məskunlaşmasının təmin edilməsi və xocalılara mənzillərinin açarlarının Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təqdim etməsi xocalılara yeni sevincli anlar yaşatdı. Həmin gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Arzu Əliyeva Xocalı sakinləri ilə görüşdülər. Prezident İlham Əliyev Xocalı sakinləri ilə görüşdə onları təbrik etdi və bildirdi ki, bu gün, əslində, “Böyük qayıdış” proqramının Xocalı səhifəsi yazılır". Prezident İlham Əliyev onu da qeyd etdi ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil: “Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur. Bu gün, əslində, "Böyük qayıdış" proqramının Xocalı səhifəsi yazılır".

Rəsmi məlumatlara istinadən demək olar ki, ilin sonuna qədər işğaldan azad edilən ərazilərə 20 min insanın qayıdışı planlaşdırılır. Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək. Tezliklə Şuşaya, bundan başqa, Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq. İnsanların öz yurdlarına qayıdışı o bölgələrə yeni həyat, yeni nəfəs gətirir. Prezident İlham Əliyevin dediyi kimi, “biz Qarabağı cənnətə çevirəcəyik”.

Sona Həmidova,

YAP Səbail rayon təşkilatının ərazi partiya təşkilatının sədr muavini

Digər xəbərlər