Elimizin çox ibrətamiz məsəli var, deyir “quyuya su tökməklə quyu sulu olmaz". Dağıdıcı müxalifət başbilənləri müxtəlif ideya və təkliflərlə çıxış edirlər, lakin məlum olur ki, dedikləri sabun köpüyündən başqa bir şey deyil. Çünki dedikləri, danışdıqları ciddi əsaslara söykənmir. Onları başa salmaq da çətindir. Desən ki, bunu etmə, ona dəymə, xalqın maraqlarına toxunma, dövlətçiliyə zərər vermə, xeyri olmayacaq. Nədən ki, umacları şər və böhtandan yoğrulub. Ona görə ki, müstəqil deyillər. Yəni, əlləri xarici maraqlı dairələrin cibindədir. Əgər əllərini məkrli xarici qüvvələrin cibindən çıxartsalar, ciddi maddi və mənəvi problemlərlə üzləşməli olarlar. Bu zaman Ə.Kərimli xaricdə oğlunun təhsil haqqını ödəyə bilməz, onlara mənzil almaq, obyektlərlə təmin etmək imkanından məhrum olar. Cəmil Həsənli ABŞ-a, Böyük Britaniyaya səfərlər etməkdə çətinliklər yaşayar. AXCP sədr müavini Seymur Həzi “PKK” liderləri, xüsusilə də Səlahəddin Demirtaşın adamları ilə görüşmək üçün xaricə üz tuta bilməz. Eləcə də, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı və digərləri xarici fondların tələb və göstərişlərini yerinə yetirməsələr maddi sıxıntılarla üzləşməli olarlar. Məsələ onlar üçün həyati əhəmiyyət daşıdığından xaricdən verilən istənilən sifarişi, göstərişi yerinə yetirirlər. Bu zaman düşünmürlər ki, pozucu fəaliyyətləri ilə Azərbaycanın dövlət maraqlarına ziyan vururlar. Dərk etmirlər ki, sifarişli fəaliyyətləri ilə Ermənistanın xüsusi xidmət orqanlarının istək və arzularının icraçısına çevrilirlər. Bu isə Vətənə xəyanət, dövlətçiliyə qarşı satqınlıqdır.
Cəmil Həsənli siyasətdən getsə, acında öləcəyindən qorxur
Dağıdıcı müxalif düşərgədə cərəyan edən anormal hadisələrə və proseslərə əsasən demək olar ki, məxluqlar siyasətə gəlir mənbəyi kimi baxırlar. Yəni, C.Həsənli düşünür ki, əgər o siyasətdən getsə, ayın sonunda acından ölər. Bu baxımdan, məxluq siyasətdən ikiəlli yapışıb. Lakin anlamır ki, onun elmi təcrübəsi, həm də az da bu istiqamətdə savadı var. Enerjisini xarici qüvvələrin sifarişlərini icra etməyə deyil, elmi araşdırmalara, tədqiqatlara sərf etsə, dolanışığı indikindən də yaxşı ola bilər. Bəlkə də məntiqli fikir irəli sürülə bilər ki, artıq C.Həsənli üçün siyasətdən gedib, elmi fəaliyyətlə məşğul olmaq mümkünsüzdür. O əsasla ki, C.Həsənlinin boynundakı ipin bir ucu xarici maraqlı dairələrin əlindədir. İstənilən vaxt həmin ipi çəkməklə C.Həsənlinin həyatını alt-üst edə bilərlər. Digər tərəfdən, Ə.Kərimli C.Həsənlinin əlini-qolunu sallamaqla sakit şəkildə siyasətdən getməsini istəmir. Marağı isə C.Həsənli vasitəsilə Avropa bazarlarından qrantlar almasıdır. Nəzərə almaq lazımdır ki, bu ilin son üç ayı ərzində Ə.Kərimli C.Həsənlinin yardımı ilə Böyük Britaniyanın və Niderlandın fondlarından ümumilikdə 43 min 700 avro qrant alıb. Təbii ki, Ə.Kərimli bu tip maliyyə vəsaitlərindən məhrum olunmasını arzu etmir. Ona görə də, müxtəlif vasitələrlə C.Həsənlini yanında saxlamağa çalışır. Hətta müəyyən hallarda başını sığallayıb, özü ilə tədbirlərə də aparır. Bununla belə qeyd etmək lazımdır ki, bir qədər əvvəl C.Həsənli Böyük Britaniyadan xəbər yaymışdır ki, o, Milli Şura sədrliyindən gedəcək. Açıqlamasından uzun vaxt keçsə də, C.Həsənli Milli Şura sədrliyindən getmədi. Sonradan məlum oldu ki, onu fikrindən Ə.Kərimli daşındırıb. Lakin C.Həsənlinin açıqlamalarına və son günlər atdığı addımlara əsasən demək olar ki, Ə.Kərimli onu zor gücünə yanında saxlamağı bacarmayacaq. Yəni, günün birində C.Həsənli bağlamasını da götürüb Bakıdan qaçacaq.
C.Həsənlinin ikili vətəndaş almaq istəyi baş tutmayacaq
Nəzərə almaq lazımdır ki, C.Həsənli ilin böyük hissəsini Böyük Britaniya və ABŞ-da keçirir. İddia edir ki, guya onu hansısa elmi konfransa dəvət edirlər. Halbuki, heç bir elmi konfransa dəvət-filan yoxdur. Sadəcə, bəzi hallarda Ə.Kərimlinin və digər dostlarının riyakarlığından bezərək xaricdə yaşamağa üstünlük verir. Bu arada diqqətçəkən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, C.Həsənli daimi olaraq Böyük Britaniyada yaşamaq fikrinə düşüb. Daha doğrusu, özü müsahibəsində bildirib ki, Böyük Britaniya Universitetlərindən biri ona müəllim olaraq çalışması üçün iş təklif edib. C.Həsənli ikili vətəndaş ala biləcəyi halda, Böyük Britaniyada qalıb müvəqqəti də olsa yaşayacağını söyləyib. Azərbaycan qanunvericiliyinə görə isə, ölkə vətəndaşlarına ikili vətəndaş verilə bilməz. Bu isə onu deməyə əsas verir ki, C.Həsənlinin istəyi baş tutmayacaq. Hələ bir müddət Bakıda qalacaq və Əli Kərimlinin tapşırıqlarının qulu olacaq.
İLHAM ƏLİYEV