PDF Oxu

Siyasət

  • 2 518

Rusiyalı ekspertlər: “Erməni kilsəsi revanşist ideyaları ilə İrəvanı intihara sövq edir” - ŞƏRH

Rusiyalı ekspertlər: “Erməni kilsəsi revanşist ideyaları ilə İrəvanı intihara sövq edir” - ŞƏRH

Erməni kilsəsi ilə ölkə hakimiyyəti arasında münaqişə rəvan şəkildə İrəvandan arxiyepiskop Baqrat Qalstanyanın etiraz aksiyaları keçirməyə hazırlaşdığı “daşlar ölkəsi”nin 2-ci böyük şəhəri Gümrüyə axır. Bu arada Paşinyan kilsəyə, daha doğrusu, onun maliyyə gücünə güclü zərbə vuraraq “ erməni apostol kilsəsinin təsir agentləri ilə məsələni həll etmək niyyətində olduğunu” bəyan edib. Ermənistanda hakim “Vətəndaş sazişi”ndən olan Milli Assambleyanın deputatları kilsə əmlakının vergiyə cəlb edilməsi haqqında qanun layihəsi hazırlayırlar.

Paşinyan hökuməti ilə kilsə arasında münaqişə nə vaxta qədər davam edəcək? Bunun sonu necə olacaq? Rusiyalı ekspertlər bu məsələlərlə bağlı fikirlərini “Caliber” analitik mərkəzinə şərhlərində açıqlayıblar. Şərhləri oxucularımıza təqdim edirik.

“Paşinyan sərt davransa, bu, erməni kilsəsi üçün yaxşı bitməyəcək”

Politoloq, “Vestnik Kavkaza” informasiya agentliyinin baş direktorunun müavini Andrey Petrovun fikrincə, hakimiyyətlə kilsə arasında münaqişə Paşinyan komandasının Ermənistanda liderliyə iddialı bütün qüvvələrə və hakimiyyət dəyişikliyinə qarşı ümumi mübarizəsinin təbii nəticəsidir.

“Paşinyan erməni diasporası ilə heç də Rusiyaya qarşı apardığından daha az fəal mübarizə aparmır və istər-istəməz toqquşmalı olduğu qüvvələrdən biri də erməni kilsəsidir. Bu münaqişənin çox konkret əsası var, burada katolikos özünü Ermənistanın hökmdarlarından biri, onun bir növ mənəvi lideri, güclü nüfuz sahibi hesab edir. Əgər əvvəllər Ermənistanda hakimiyyət erməni kilsəsinin ümid etdiyi millətçi kursu tam şəkildə təmsil edirdisə, indi hər şey dəyişib. İndi isə baş nazir Paşinyan Bakı ilə dinc dialoq proseslərinin başında olanda kilsə ona fəal şəkildə qarşı çıxır”,- deyə A.Petrov qeyd edib.

Onun fikrincə, kilsə bu və ya digər şəkildə, revanşizm tezisləri ilə oynayaraq bütün sülh proseslərini dayandırmağa və təzyiqini gücləndirməyə çalışır. Beləliklə, tamamilə məntiqlidir ki, hansısa mərhələdə eks-prezidentlər Sarkisyan və Köçəryan kimi revanşist “qocaların” maraqları ilə erməni kilsəsi bir-birini tapıb, bir növ ittifaq yaradılıb- necə deyərlər, müharibədə bütün vasitələr məqbuldur. Sarkisyan və Köçəryan isə Paşinyanla aktiv qarşıdurma üçün yeni alət kimi cübbəli obrazdan istifadə etmək qərarına gəliblər.

“Məsələn, bu mənada cəmiyyətin əvvəlki kimi millətçi ilə yox, dini hissləri ilə oynamaq, məsələn, “Nikol Paşinyan öz ruhunu şeytana satıb” iddiası ilə çıxış etmək olduqca məqsədəuyğundur. Bu cür üsullar elektoratın intellektual cəhətdən çox inkişaf etməmiş hissəsi üçün çox yaxşıdır. Beləliklə, iddia etmək olar ki, erməni kilsəsi keşişi etirazların simvolik fiquru kimi irəli sürməklə, ən inanclı Ermənistan vətəndaşlarını aldatmağa və onlardan Ermənistanda faktiki hakimiyyət uğrunda mübarizədə istifadə etməyə çalışır. Erməni kilsəsinin Baqrat Qalstanyanın simasında ölkənin ehtimal olunan yeni baş naziri kimi son dərəcə faydalı variantı var. Beləliklə, Ermənistan hökumətin başında dini hakimiyyətin olduğu ölkələrdən birinə çevriləcək və marionetka Qalstanyan Eçmiədzinin göstərişlərini yerinə yetirəcək”,- politoloq qeyd edib.

Lakin hadisələrin sonrakı gedişatını proqnozlaşdırmağa çalışsanız, o zaman A.Petrovun fikrincə, bu etirazlar çox güman ki, heç bir nəticə verməyəcək. Baxmayaraq ki, çox güman ki, keçən payızda Xankəndindən gələn erməniləri isinmə qrupu kimi istifadə edirlər. Lakin politoloqun fikrincə, Ermənistandakı hazırkı etirazların miqyası birmənalı olaraq mövcud hakimiyyətin devrilməsinə gətirib çıxara bilməz: əhval-ruhiyyənin intensivliyi çox aşağıdır və boş zibil qablarının küçələrə yuvarlanması kimi hərəkətlər ümumiyyətlə gülünc və aciz görünür.

“Təbii ki, indiki etirazlardan bəhrələnən erməni diasporudur- diaspor Azərbaycanla müharibəyə susuzluq və Türkiyə ilə düşmənçilik hissi ilə alışıb-yanan, Paşinyanın öz tabeçiliyindən çıxıb öz bildiyi kimi çıxış etməsindən narazı olan ən real qüvvədir. Erməni diasporu Paşinyanla mübarizə aparmaq, müxalifəti və kilsəni stimullaşdırmaq üçün külli miqdarda pul ayırmağa hazırdır. Amma bu, çətin ki, öz bəhrəsini versin- Paşinyan qanunvericilik səviyyəsində kilsə xadimlərinə zərbə vura bilər, məsələn, vergi güzəştlərini ləğv etməklə. Erməni din xadimləri özləri də baş nazirlə problem yaratmayacaqlar- Paşinyan sərt davransa, onlar üçün yaxşı olmayacaq, çünki hakimiyyət hələ də Eçmiədzinin əlində deyil, onun əlindədir. Paşinyan Ümumdünya Erməni Konqresinə təzyiq göstərməklə, təbii ki, dünya erməniləri arasında imicini daha da korlayacaq, lakin o, buna yad deyil. Buna görə də, hökumətlə kilsə arasındakı döyüşdə indiyə qədər ənənəvi mənəvi yox, qanuni dövlət hakimiyyəti qalib görünür”,- deyə A.Petrov bildirib.

“İslamofobiya və türkofobiyanın sonu erməni ruhaniləri üçün çox pis başa çata bilər”

Tanınmış politoloq, Avrasiya üzrə ekspert Aleksandr Razuvayevin fikrincə, erməni kilsəsi həmişə təsir agenti olub.

“Ancaq Nikol Paşinyan parlamentdə çıxış edərkən dediyi kimi, bir neçə ay ərzində bu məsələni həll edəcək. Məsələn, baş nazir qeyd edib ki, orta əsrlərdə erməni ruhanilərinin nümayəndələri Bizans Qeysəriyyəsinə gediblər: orada formalaşdırılıblar və Ermənistana qayıtdıqdan sonra təsir agentinə çevriliblər. Bir tərəfdən Paşinyanın bəyanatı çox mübahisəlidir, çünki Bizans xristianlığın qalasıdır və belə çıxır ki, yunanlar Rusiyanı vəftiz edəndə öz keşişləri vasitəsilə də nüfuz agentləri yerləşdiriblər. Amma ən azı Paşinyan bir məsələdə haqlıdır: kilsənin işi ibadət etməkdir, siyasətlə məşğul olmaq yox.

Doğrudan da, erməni kilsəsinin bəzi nümayəndələri Azərbaycandan qisas almağa can atırlar. Amma bu, Ermənistan üçün intihardır; Belə çıxır ki, onlar öz maraqlarını öz xalqlarının mənafeyindən üstün tutmaq, Ermənistanı tamamilə məhv etmək istəyirlər? Əksinə, indi Ermənistanda ağır iqtisadi vəziyyət yarandığı üçün erməni kilsəsinin Rusiya ilə, Rus Pravoslav Kilsəsi ilə ittifaqı müdafiə etməsi daha məntiqli olardı. Və erməni kilsəsinin xətti Qarabağda qisas almaq üçün deyil, Rusiya ilə ittifaq üçün olacaqdı.

Kilsə, ilk növbədə, müdriklikdir. Rus Pravoslav Kilsəsi bolşeviklərin qələbəsi ilə çətin vəziyyətə düşdüyü halda belə Sovet hökumətinə güzəştə getdi, sağ qaldı və cəmiyyətdəki təsirini saxladı. Kilsə ağıl və müdriklik gətirməli, millətçi emosiyalarla idarə olunmamalıdır. İslamofobiya çox pis təfəkkürdür və indi həm bunun, həm də türkofobiyanın günahkarı erməni kilsəsidir ki, bunun sonu bir gün erməni ruhaniləri üçün çox pis başa çata bilər”, - deyə A.Razuvayev qeyd edib.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər