Xəstələnmək və xəstəlikdən müalicə olunmaq insanların alın yazısı və yaşam tərzidir. Yəni heç bir insan istənilən xəstəliyə mübtəla ola biləcəyindən sığortalanmayıb. Dünən yanaqlarından qan daman, görkəmindən sağlam, gümrah insan təəssüratı bağışlayan varlıq bu gün xəstə çarpayısında canı ilə əlləşdiyini görmək olar. Ona görə də, erməniləri və erməni sifətliləri, eləcə də fars-molla rejiminin əmmaməli mollalarını çıxmaq şərti ilə hər bir bəşər övladına sağlam, təhlükəsiz ömür arzulayıram. Hər bir xəstə müalicə olunub, sağlam həyata qayıdıb, yaşamalıdır. Artıq tibb elmi o dərəcədə inkişaf edib ki, istənilən növ xəstəliyi aradan qaldırmaq və müalicə etmək mümkündür. Sadəcə, elə xəstələr və xəstəliklər var ki, onların müalicəsinə cəhdlər göstərilə bilər, lakin prosesin uğurla nəticələnəcəyi inandırıcı deyil. Çünki tibb elmi nə qədər inkişaf etsə də, bəzi xəstəliklərin tam müalicəsini həyata keçirməkdə çarəsizdir. Şizofreniya ciddi və kompleks ruhi xəstəlikdir. Hələ ki, bu xəstəliyi müalicə etmək hansısa həkimə müəssər olmayıb. Bu baxımdan bu xəstəliyin daşıyıcıları cəmiyyətlər üçün həyəcanlı və qorxulu anlar yaşadan xəstələr hesab olunurlar. Təəssüflər olsun ki, ölkəmizdə də bu xəstəliyin daşıyıcıları var. Xüsusilə də həmin xəstələrin sırasında özlərini siyasi partiyanın yetkilisi, bəzən isə başqanı, sədri adlandıran şəxslər də var. Belə xəstə şəxslərdən bir də Real partiyasının sədri İlqar Məmmədovdur. Bu məxluqun hərəkətlərinə, danışıqlarına fikir verdikdə heç bir şübhə yeri qalmır ki, bu məxluq şizofreniyadır.
İlqar Məmmədov şizofreniya xəstəliyinin ən ağır növünü yaşamaqdadır
İlqar Məmmədovun fikirlərini analiz edən həkim dostlardan birinin mənə dediyinə görə, Real sədri şizofreniya xəstəliyinin ən ağır növünü yaşamaqdadır. Həkim dostumuzun dediyinə görə, şizofreniyanın əsasında düşüncə və qavrayışın pozulması dayanır: “Xəstəlik zamanı intellektual qabiliyyət əsasən pozulmasa da, fərdi xüsusiyyətlər və özünü idarəetmə bacarığı itirilir. Şizofreniya başlanğıcı zamanı xəstənin mövcud məşğulliyətində uğursuzluqlar, dərslərdə geriqalma, iş yerində işlərini yerinə yetirə bilməmək, ailədə, işdə, dostları arasındakı münasibətlərdə pozulmalar görülür”. Həkim ümidverici fikirləri də söylədi. Bildirdi ki, şizofreniya heç də həmişə neqativ olmur: “Pozitiv şizofrenik də var. Bu tip şəxslər danışanda gülümsəyir, bəzən isə yersiz formada gülürlər. Özlərini dünyanın xoşbəxti hesab edirlər, vaxtaşırı olaraq özünü ağıllı, bilikli şəxs hesab etmək, başqalarına öz iddialarını yeritmək kimi absurt düşüncələri də var”. Doğrudan da həkimin söylədikləri tam şəkildə İlqar Məmmədovun fəaliyyətində və danışıqlarında açıq şəkildə görmək olar. Birincisi, bu məxluq özündən razıdır, təkəbbürlüdür, özünü bilikli və ağıllı hesab edir. Halbuki, dostlardan biri demişkən, tpoyun-danqırın biridir. İkincisi, danışanda öz-özünə gülür. Üçüncüsü, bu məxluq ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq abadlıq işlərinə qara eynəkdə baxdığından hər şeyi qara görür. Dördüncüsü, satqın və xəyanətkardır. Azərbaycanın milli və dövlətçilik maraqlarını pul qarşılığında Avropanın ermənipərəst dairələrinə satır. Beşinci…altıncı…
Konstitusiyanın 85-ci maddəsinə əsasən “ağır cinayətlərə görə məhkum olunmuş şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər”
İ.Məmmədovun əbləhliyini sübut edən, ağılsızlığına dəlil olan faktlar: Bu məxluq hələ bir il öncədən iddia etməyə başlayıb ki, o deputat olacaq. Hətta iddia edir ki, deputatlığa namizədliyinin müdafiəsi üçün təşkilat komitəsi yaradıb, bloklar formalaşdırıb. Adama deyən lazımdır, ay məxluq, elimizin gözəl bir atalar məsəli var, “Arxı keçmədən hop demə” . Bu xəstə isə arxa bir neçə kilometr qalmasına baxmayaraq “hop” sözü dilinin əzbərinə çevrilib. Hər gün utanıb-çəkinmədən iddia edir ki, onun deputatlığa namizədliyinin müdafiəsi ilə bağlı filan sayda üzv toplanıb, filan sayda da təəssübkeşi var. Anlamır ki, qanunvericiliyə görə, onun deputatlığa namizədliyini irəli sürməsi yolverilməzdir. Çünki cinayət törədib və cəzasını da çəkib. Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinə əsasən “ağır cinayətlərə görə məhkum olunmuş şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər”. İlqar Məmmədov İsmayıllı rayonunda iğtişaşların təşkilində iştirak etdiyinə görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 220.1-ci və 315.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Sonrakı mərhələdə də bu üzəniraq məxluq müxtəlif cinayət əməllərini törətməkdə təqsirli bilinib və haqqında cinayət işi qaldırılb. Bu və digər səbəblərdən İ.Məmmədov xəyalında qurduğu deputatlığa namizədliyini irəli sürə bilməz. Artıq ona Avropa İttifaqının qaranlıq dairələri də kömək edə bilməyəcək. Hay-küy qaldırmasının, şər və böhtanlar səsləndirməsinin də faydası olmayacaq. Qanun - qanundur. Səbəbsiz yerə deyilməyib ki, qanun şahdır, şah qanun deyil. Yaxşı olardı ki, İ.Məmmədov bu reallığı qəbul edib, sussun. Danışdıqca özünü daha çox batırır, dilləndikcə şizofrenik xəstəliyinin ağır nəticələri daha qabarıq şəkildə özünü göstərir.
İlqar Məmmədov indi də ingilis dilində kitab yazır
Görünən ondan ibarətdir ki, İ.Məmmədov susmaq fikrində deyil. Təbii ki, bunun da kökündə xəstəliyi dayanır. Yenə təkəbbürlü formada bəyan edib ki, o ingilis dilində kitab yazıb. Bu yerdə deyiblər, “dağılasan, a dünya”. Gör nə günlərə gəlib çıxdıq ki, sol əli ilə boyunun arxasından sağ qulağını qaşımağa cəhd edən xəstə bir məxluq kitab yazır, özü də utanmadan bəh-bəhlə deyir ki, kitabın satışını Avropa İttifaqına daxil olan ölkələrdə təşkil edəcək. Məxluqun statusundan çıxarış: “Kitabım nəhayət dərc olundu. Onu ingilis dilində yazdım, çünki birinci auditoriyası beynəlxalqdır. Azərbaycancaya və ruscaya tərcümə edəcəm və onlar bir neçə aydan sonra çıxacaq. Başqa dillərlə bağlı təkliflər olsa, baxa bilərik. Xüsusilə də Türkiyədə bu kitaba marağın ola biləcəyini ehtimal edə bilərəm”. İ.Məmmədov kitabına Azərbaycan manatı ilə deyil, Avropanın valyutası ilə qiymət qoyub. Düşüncəsinə görə Azərbaycanda kitabın alıcısı çox olacaq. Ona görə də avropalılarla müqayisədə azərbaycanlılara kitabı daha baha qiymətə sırımağı xəyal edir. Yazır: “Azərbaycanda yaşayırsınızsa, çatdırılması ilə bir yerdə qiyməti bir az baha çıxacaq 23,12 euro. Amma Avropadasınızsa, məsələn, Fransada, qiyməti gəlib çıxacaq 13,86 euroya, bəzi ölkələrdə isə daha da aşağı. İngiltərədə və Amerikada yaşayırsınızsa, kitab mağazalarında istəyin sifariş etsinlər - onda sizə daha ucuz başa gələcək”.
Bir sözlə, tam “şizofrenik” xəstələrə xas xüsusiyyətlərlə zəngin olan fikirlər İ. Məmmədovun kitabla bağlı paylaşımında yer alıb. Kimsə mənim şərhimə şübhə ilə yanaşırsa və dodaq büzürsə, buyurub İ.Məmmədovun səhifəsinə daxil olub, yazdıqları ilə tanış ola bilərlər. Əminəm ki, statusla tanış olduqdan sonra bir xeyli güləcəklər, daha sonra başlarını bulayıb, “həqiqətən də bu bədbəxt xəstədir”, - deyə dodaqlarının altında mızıldanacaqlar. Son olaraq onu vurğulamaq istərdim ki, əgər Avropa İttifaqının bəzi üzdəniraq deputatları İ.Məmmədova hansısa məsələdə güvənirlərsə və ona maddi və mənəvi yardımlar etməklə nələrəsə ümid edirlərsə, vay belə qurumun halına . Belə demək mümkünsə həmin avropalı deputatlar da elə İ.Məmmədov kimi “şizofrenik” xəstələrdir.
İLHAM ƏLİYEV