PDF Oxu

Siyasət

  • 1 817

Şəhid Xudayar Əsgər oğlu Mərdiyevin doğum günündə xatirəsi yad edildi FOTOLAR

Şəhid Xudayar Əsgər oğlu Mərdiyevin doğum günündə xatirəsi yad edildi FOTOLAR

İyun ayının 3-də Biləsuvar rayonunun Bəydili kəndində I Qarabağ müharibəsi şəhidi Mərdiyev Xudayar Əsgər oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək yaxınlarına başsağlığı vermişlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Mərdiyev Xudayar Əsgər oğlu 3 iyun 1973-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Biləsuvar rayon Bəydili kənd tam orta məktəbində təhsil almış və 1994-cü ilin yanvarında Biləsuvar rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda sücaətlə vuruşmuş və cəbhənin Kəlbəcər istiqamətində ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 12 fevral 1994-cü ildə Bəydili kənd qəbiristanlığında dəfn olunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər