PDF Oxu

Siyasət

  • 1 880

“Ermənistan və Gürcüstandakı hadisələr biri-biri ilə bağlı deyil“ - ŞƏRH EDİLDİ

“Ermənistan və Gürcüstandakı hadisələr biri-biri ilə bağlı deyil“ - ŞƏRH EDİLDİ

“Ermənistan və Gürcüstandakı hadisələr biri-biri ilə bağlı olan məsələlər deyil. Ermənistandakı proseslər tamamilə başqa məcrada davam edir, Gürcüstandakı proseslər isə özündə başqa bir məsələni ehtiva edir. Bu iki hadisənin oxşar cəhəti ondan ibarətdir ki, Ermənistanda Paşinyan əleyhinə təşkil edilən Baqrat Qalstanyan tamaşasının arxasında xarici qüvvələr dayanır, eyni zamanda Gürcüstanda hökumətin qəbul etdiyi xarici agentlər haqqında qanun layihəsinə qarşı çıxan etirazçı qüvvənin arxasında da xarici dairələr dayanır. Amma Gürcüstandakı hadisələr Ermənistandan tamamilə fərqlənir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Politoloq bildirib ki, Gürcüstanda bütün təxribatlara, Qərbdən dəstəklənən çoxsaylı fondlara rəğmən Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanun layihəsini təqdim etdi: “Hansı ki, bu Gürcüstanın təbii haqlarından biridir. Qərb də bu haqlara hörmət etməyə məcburdur. Bu gün Qərbin özü də xarici agentlər haqqında qanun layihəsinə bənzər qanunvericilik təşəbbüslərini qəbul edir.Ermənistanda isə vəziyyət Azərbaycanla Ermənistan arasında formalaşa biləcək sülh təşəbbüslərini bloklamağa yönəlib. Burada üçüncü tərəflər Qalstanyandan istifadə edərək, Paşinyan hakimiyyətini sıxmaq, Azərbaycanla danışıqlardan yayındırmaq və vəziyyəti dramatikləşdirməyə yönələn addımlar atırlar. Amma hesab edirəm ki, bu da nəticə verməyəcək. Ermənistanda revanşistlər və neofaşinist ideologiyalı şəxslərin olmasına baxmayaraq, düşünürəm ki, Ermənistan hücumlar qarşısında tab gətirə biləcək”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər