PDF Oxu

Siyasət

  • 1 676

Dağıdıcı müxalifətdə Əli Kərimli problemi yaranır ANALİZ

Dağıdıcı müxalifətdə Əli Kərimli problemi yaranır ANALİZ

Ağılsız, məntiqsiz, dayaz düşüncəli insanlarla rastlaşanda qeyri-ixtiyari deyirsən “görən ağıl paylananda bu bədbəxt harada olub”. Həqiqət çırağı ilə AXCP sədri Əli Kərimlinin danışdıqlarına, dediklərinə nəzər yetirdikdə aydın olur ki, bu şəxs ağıldankəm, düşüncədən məhrum olan məxluqdur. Yəni girişdə qeyd etdiyim kimi, “görən ağıl paylananda Ə.Kərimli harada olub”. Əgər həqiqətən də ağıldan bəhrələnsə idi, Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı düşmən mövqedən çıxış etməzdir. Digər tərəfdən torpaqlarımızın azad edilməsinə kölgə salan fikirlər səsləndirməzdir. Təbii ki, Ə.Kərimli özünü bilikli və savadlı hesab edir, ağılında da probleminin olmadığını iddia edir. Bu yerdə sual edilir, oldumu Ə.Kərimli Qarabağın erməni işğalından azad edilməsinə görə, Azərbaycan xalqını təbrik etsin? Cavabı qısadır, “olmadı”. Ona görə ki, torpaqlarımız üzərində suverenliyimizin bərpa olunmasına paxıllıq hissi ilə yanaşır. Əli Kərimli o şəxsdir ki, ərazi bütövlüyümlə bağlı separatçı fikirlər yayır. Bir qədər əvvələ qədər tez-tez dedi-qodu xarakterli açıqlamalar səsləndirirdi, deyirdi ki, “Zəngəzur dəhlizi nə zaman açılacaq”, “Rus sülhməramlıları nə zaman Qarabağdan çıxacaq”, “Qazaxın 4 kəndi nə zaman qaytarılacaq”. Ə.Kərimli sosial şəbəkədə paylaşımında yazırdı: “Bəs Rusiya "sülhməramlılarının" taleyi necə olacaq? 2025-ci ili gözləməyin heç bir mənası yoxdur. Müzakirə ediləcək məsələ də yoxdur. Qarabağda indi üz-üzə duran silahlı tərəflər, təmas xətti yoxdur ki, "sülhməramlının" iştirakı üçün də bəhanə olsun. Rusiya ordusunun Qarabağda qalması üçün nəinki səbəb, heç bəhanə də qalmadı. Rusiya ordusu ləngimədən Qarabağdan çıxarılmalıdır. Bəs Zəngəzur dəhlizi necə olacaq? Rusiyanın bizi Ermənistanla müharibəyə qoşmaq şansı hələ də qalırmı? Türkiyə nə deyir bu barədə? Bu məsələdə ən həlledici faktorlar nələrdir? Biz xalq olaraq nələrə imkan verməməliyik?”. Qısası cəfəng, mənasız, yersiz fikirlərlə Ə.Kərimli, əslində, idarəolunan məxluq olduğunu göstərirdi. Zaman isə sübut etdi ki, “nəyi, necə və nə zaman etməyi ancaq Azərbaycan Prezidenti, Fateh Sərkərdə İlham Əliyev bilir”. Ə.Kərimli kimilər isə, sadəcə, müəyyən pul qarşılığında onun-bunun sözünü deməyə çalışan ucuz söz dəllallarıdır. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, prinsipiallığı nəticəsində Rusiya sülhməramlılarını Qarabağdan çıxartmağa nail oldu, Qazaxın 4 kəndi də azadlığına qovuşdu. Bundan sonra Ə.Kərimli və onun ətrafındakı trolların deməyə sözləri olacaqmı? Görünən ondan ibarətdir ki, bu məxluqlar zəifliklərini və boşboğazlıqlarını etiraf etmək fikrində deyillər. Çünki ciddi siyasi mədəniyyətə malik deyillər.

“Müxalifət olmaq olar, amma birinci dövlətçi olmaq lazımdır”

Haqlı olaraq Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Ə.Kərimlinin anormal siyasi portret cizgilərini elmi cəhətdən şərh edir: “Müxalifət olmaq olar, amma birinci dövlətçi olmaq lazımdır. Barmağınızı qatlayın görək İsraildən başqa hansı ölkə cinayətkarları, xüsusən də cibində milyardlarla dollar daşıyan və dünyada söz sahibi olan birini tutub başına torba keçirsin? Ruben Vardanyan kimi bir avantüristi və terroru dəstəkləyən cinayətkarı tutub damlamaq bilirsiniz nə deməkdir? O, İlon Maskın Mars planetini fəth etmək planından daha üstündür. Bu ağılların kəsmədiyi bir qəhrəmanlıqdır. Nə qədər gec deyil, birlik olun, düşmən dəyirmanına su tökməyin, xalqla, dövlətlə bir olun ki, gələcək nəsillər siyasi tarix kitablarını oxuyanda sizi nifrətlə anmasın! Sonda, təklif edirəm ki, Prezident İlham Əliyev üçün bir orden, ad düşünək. O, təvazökardır deyə bir çox səsləndirilən təklifləri qəbul etməyəcək. Bu sahədə təkliflərim çoxdur və onu Parlament rəhbərliyi ilə bölüşə bilərəm. Yaxşı olar ki, təkliflər də Parlament rəhbərliyi tərəfindən səsləndirilsin və məmnuniyyətlə dəstəkləyəcəm”.

Vəhdət partiyasının sədri, deputat Tahir Kərimli məsələni daha kəskin ifadə edib. O torpaqlarımızın işğaldan azad edildiyi üçün müxalifətçiliyə ehtiyac olmadığını bildirib: “Mənim partiyamın müxalifətçiliyinə nə ehtiyac var? Biz Cənab Prezidentin yanında olmalıyıq, nəinki qarşısında. Torpaqlarımızı işğaldan azad edib Azərbaycanın ərazi bütövlüyünü, ölkənin suverenliyini bərpa edən, bütün islam dünyasının lideri olan Prezident İlham Əliyevə qarşı çıxmağa haqqı yoxdur. Axı bu, hamımızın istəyi və arzusu olub! Belə bir problemləri həll edən liderə qarşı necə müxalif mövqedə olmaq olar?”. T.Kərimli onu da qeyd edib ki, bizim bundan sonra əsas vəzifəmiz Prezidentin yanında olmaqdır: “Müxalifətin mübarizəsi nifrət üzərində qurulub. Mən onları sevgiyə, birliyə, həmrəyliyə çağırıram”.

Əli Kərimlinin beyni yuyulub

Bir sözlə, müxalifətdə olmalarına baxmayaraq R.Nurullayev, T.Kərimli və digərləri reallıqdan çıxış edirlər. Çünki dövlətçidirlər, xalqa bağlı insanlardır. Başa düşürlər ki, Ə.Kərimli xarici maraqlı dairələrin əlində idarə olunan oyuncaqdır. Lakin tövsiyələr, məsləhətlər Ə.Kərimliyə çatmır. Ona görə ki, beyni yuyulub, tam şəkildə xarici maraqlı dairələrin nəzarəti altındadır. O dərəcə müqəvvaya çevrilib ki, bəzi hallarda açıq formada ictimai siyasi sabitliyi təhdid edən ideyalarla çıxış edir, statuslar paylaşır. Misal üçün onun, tez-tez icazəsiz aksiyalar vasitəsi ilə cəmiyyətdə qarşıdurma yaradacağını bildirməsini göstərmək olar. Normalda ağılı başında olan şəxs pozucu niyyətini ictimai müzakirəyə çıxartmaqdan çəkinər. Ə.Kərimli isə anlaqsız vəziyyətdə olan anormal insan kimi məkrli planını dilə gətirir. Bu, onu təsdiq edir ki, xarici maraqlı dairələr, xüsusilə də, ona maddi və mənəvi dəstək göstərən fondlar onun qarşısında açıq tezislərlə çıxış etmək kimi tələb qoyublar. Ə.Kərimli də trolları vasitəsi ilə icazəsi aksiyalar yolu ilə cəmiyyətdə gərginlik yaratmağa çalışacaqlarını bəyan edir. Lakin anlamırlar ki, ölkəmizdəki mövcud ictimai siyasi sabitlik möhkəm əsaslara söykənir. Heç bir qüvvə, o cümlədən xarici qüvvələrin əlində maşa rolunu oynayan Ə.Kərimli və trolları bu sabitliyə xələl gətirə bilməzlər.

İLHAM ƏLİYEV

Digər xəbərlər