"Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumun əhəmiyyəti çox böyükdür". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.O bildirib ki, bu forumda olduqca önəmli məsələlər ətrafında müzakirələr aparıldı: "Cənab Prezidentin konfransda çıxışı da bu prosesə öz töhfəsini verdi. Bu gün Azərbaycan Qərbin, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlətə çevrilib. 8 ölkəyə Azərbaycan öz qazını satır. Gələcəkdə də Azərbaycan bu prosesə öz töhfəsini birmənalı olaraq verəcək. 8 ölkədən 6-sı Avropa ölkəsidir. Bu gün Azərbaycan eyni zamanda alternativ enerji istiqamətində mühüm addımlar atır. Yaşıl enerji ilə bağlı keçirilən ciddi layihələr var. Azərbaycan günəş və külək enerjisinin əldə olunması istiqamətində mühüm işlər görür, layihələr həyata keçirir. Bu mənada bu forumun çox böyük əhəmiyyəti və faydası var"."Bu forum Azerbaycan həqiqətlərinin təbliği və Azərbaycanın imkanlarının dünya birliyinə çatdırılması, Azərbaycanın uğurlarının artırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan artıq dünyanın nəbzinin tutulduğu, dünyanı düşündürən, narahat edən bir çox vacib mövzuların müzakirə olunduğu bir məkana çevrilib. Bu da Azərbaycanın nüfuzunun artmasına, Azərbaycanın və ona olan etimadın, inamın artmasına öz ciddi və müsbət təsirini göstərir.Azərbaycan inkişaf edir, öz imkanlarına görə çox böyük uğurlu layihələr həyata keçirir, Azərbaycanın həyata keçirdiyi siyasət də dünya dövlətləri və dünya birliyi tərəfindən ciddi formada heyranlıqla izlənilir. Ən önəmlisi isə hər il bu foruma və bu tədbirə marağın artmasıdır və daha çox şəxsin, ölkənin forumda iştirak etmək üçün addımlar atmasıdır. Hesab edirəm ki, bu, olduqca önəmli, vacib məsələdir. Azərbaycanın həm də nüfuzunun, gücünün, imkanlarının artmasına təkan verən və bunu göstərən ən önəmli məsələlərdən biridir"- deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə