PDF Oxu

Siyasət

  • 1 275

Bakı dünyanın ən təmiz şəhərlərindən biridir və təhlükəsizlik baxımdan da seçilir - Eldar Əzizov

Bakı dünyanın ən təmiz şəhərlərindən biridir və təhlükəsizlik baxımdan da seçilir - Eldar Əzizov

Azərbaycan inkişaf etmiş təmiz şəhər, yaşıl mühit və enerji təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirir. Bakıda 2024-2040-ci illəri əhatə edən Baş plan qəbul edilib. Bu plana uyğun olaraq avtobus yolları, velosiped zolaqları, yaşıllıq sahələrinin salınması kimi mühüm əhəmiyyət daşıyan böyük layihələr həyata keçirilir. Bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edilib. Bütün bunların əsasında isə şəxsiyyət fenomeni dayanır. SİA xəbər verir ki, bu sözləri Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Gürcüstan paytaxtında keçirilən XIV Tbilisi Yerli İqtisadi İnkişaf Forumundakı (Sağlam şəhər - yaşıl, ekoloji təmiz mühit, çevik və dayanıqlı şəhər inkişafı) çıxışı zamanı söyləyib.Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sağlam mühit prinsiplərinə əməl olunur.E.Əzizov deyib ki, Bakı şəhərində elektrikli avtomobillərdən və avtobuslardan geniş istifadə edilir. Bundan başqa, şəhərin yaşıllaşdırılması istiqamətində də mühüm işlər görülür. “Prezident İlham Əliyevın hakimiyyəti dövründə Bakı şəhərində 400-ə yaxın park ya sıfırdan yaradılıb, ya da təmir edilib. Bakı parklar şəhərinə çevrilib. Dövlətin əsas konsepsiyası sakinlər üçün yüksək şərait yaratmaqdır. Paytaxtın "Qara şəhər" adlandırılan hissəsi indi "Ağ şəhər" kimi tanınır. Həmin ərazidə də müasir tələblərə uyğun gözəl binalar inşa olunur”, - dey o əlavə edib.Hazırda Bakının dünyanın ən təmiz şəhərlərindən biri olduğunu və təhlükəsizlik baxımından da seçildiyini söyləyən E.Əzizov bildirib ki, bu da ölkədə turizmin inkişafına səbəb olur. Ölkəmizə gələn qonaqlar Bakını təmiz, təhlükəsiz turizm şəhəri kimi qəbul edirlər.O vurğulayıb ki, son 15 il ərzində otellərin sayında 12 dəfə, ötən il ərzində isə turistlərin sayında 30 faiz artım müşahidə edilib.

Digər xəbərlər