Əfqan Muxtarlının yazdığı statusa görə “söyüş müxalifətin” üzvü Məhəmməd Mirzəli haqqında cinayət işi qaldırılıb
Azərbaycanda sosial -iqtisadi sahədə uğurlar artdıqca və hüquqi-demokratik inkişaf yüksəldikcə yerli və xarici məkrli qüvvələrində ölkəmizə qarşı qarayaxma kampaniyası genişlənir. Məkrli dairələrin sifarişlərinə boyun əyən dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər hər gün internet TV-lər və sosial şəbəkələr vasitəsi ilə Azərbaycanla bağlı beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edən dezinformasiyalar paylaşırlar. Lakin görünən ondan ibarətdir ki, nə qədər cəhdlər göstərilsə də, Azərbaycanın dünya miqyasında artan nüfuzuna xələl gətirə bilmirlər. Çünki çoxluq anlayır ki, Azərbaycan haqq yolundadır və dövlətin apardığı siyasət bəşəri dəyərlərə söykənir. Nəticənin dağıdıcı müxalifət və xarici antimilli ünsürlər üçün uğursuz olması səbəbindən tərəflər arasında ciddi konfliklər yaranır. Artıq bəzi fondlar antimilli ünsürləri maliyyələşdirməkdən imtina edirlər. Müsavatın keçmiş başqanı Arif Hacılının saxta üzvlük vəsiqəsi hesabına xaricdə”siyasi mühacir” kimi məskunlaşan Əfqan Muxtarlının yazdığı statusa görə artıq “söyüş müxalifəti”nin üzvü Məhəmməd Mirzəli haqqında cinayət işi qaldırılıb. Ə.Muxtarlının fikirlərinə istinadən demək olar ki, M.Mirzəli Almaniyada oturub yalnız Azərbaycan vətəndaşlarını təhqir etmir, həm də Almaniyanın siyasi fəallarını da jantaj edir və bu yolla onlardan pul almağa çalışır. Yenə də Ə.Muxtarlının fikirlərinə əsaslansaq, yaxın vaxtlarda M.Mirzəli Almaniyadan Azərbaycana deportasiya olunacaq. Təbii ki, M.Mirzəli Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilsə burada onun başını sığallayıb, “xoş gəlmisən” deyən olmayacaq. Qanunvericiliyin tələbinə uyğun olaraq onu burada sorğu -sual və ciddi hüquqi tədbirlər gözləyir.
Arif Məmmədov, Trol Sadıqlı, Beydulla Manaflı və digər pozucu məxluqlar Məhəmməd Mirzəlini sərt şəkildə tənqid edirlər
Proseslərə və baş verənlərə əsasən demək olar ki, M.Mirzəli deyilən məxluq “söyüş müxalifət”in formalaşdırdığı şəbəkə daxilində belə arzuolunan şəxs deyil. Vaxtaşırı olaraq Arif Məmmədov, Trol Sadıqlı, Beydulla Manaflı və digər pozucu məxluqlar Məhəmməd Mirzəlini sərt şəkildə tənqid edirlər. Trol Sadıqlı açıq mətnlə M.Mirzəlinin işverən və qeyri-səmimi birisi olduğunu bildirib. Düzdür, bu sözün kökündə M.Mirzəlinin T.Sadıqlıya böyük məbləğdə pul atması dayanır. M.Mirzəli isə T.Sadıqlının haqqında söylənilən ittihamların əsasız olduğunu sübut etməyə çalışaraq bildirib ki, əslində, T.Sadıqlı ona çatmalı olan qrantı mənimsəyib. M.Mirzəli paylaşdığı statusunda yazır: “Mən heç zaman bunu yazmazdım, özün məcbur etdin. Sən özünü ifşa etmək qərarına gəldin, davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrantı aldın, nə qrant verən təşkilatın adını açıqladın, nə aldığın qrantın məbləğini dedin, məni efirə çıxarıb məndən pul qazandın. Mən də sənin bu əməlinə qarşılıq olaraq öz videolarımı youtubdan sildirdim. Mən bu işləri pulsuz görən adamam, biz qrant gəlməsə belə birgə nəyəsə razılaşsaydıq, təbii ki, işlər görüləcəkdi. Amma məsələnin mahiyyəti budur ki, sən məndən istifadə etdin, “xalqın layihəsi”ni də qrant üçün etdin, mən bu dəqiqənin özündə belə “xalqın layihəsi”ni etməyə hazıram, pulsuz-parasız gəl edək, digər səhifələri də çağıraq”. Bir sözlə, M.Mirzəli Trol Sadıqlının maskasının hansı rəngdə və formada olduğunu nümayiş etdirməyə çalışır.
Belçika agent şəbəkəsi Arif Məmmədovdan imtina edir
Xaricdə müxtəlif qaranlıq guşələrdə gizlənib, Azərbaycana qarşı şər və böhtanlar səsləndirən antimilli ünsürlər bir məqamda onlardan istifadə edənlər tərəfindən satışa çıxarılacaqlarını anlamırdılar. Lakin kimlər anlamasalar da gərəkdir ki, nənəsi və babası erməni olan Arif Məmmədov başa düşməli idi. Nədə olmasa erməni ünsür kimi bic və hiyləgər olan, həm də “diplomatiya” dərslərini mənimsəmiş Arif Məmmədov anlamalı idi. Görünür, fərsiz və problemli məxluqlardandır. Digər tərəfdən elimizin bir məsəli var, deyir “hiyləgər tülki quyruğundan tələyə düşər”. Arif Məmmədov nə qədər hiyləgərlik və bicliklər etsə də, nəhayətdə özünü güdaza verməli oldu. Yəni, artıq Belçika hüquq-mühafizə orqanları A.Məmmədovun işindən və fəaliyyətindən razı qalmadıqlarından ondan imtina etməyə qərar veriblər. Bu isə onu deməyə əsas verir ki, A.Məmməov da digər xaricdəki antimilli ünsürlər kimi Azərbaycana deportasiya olunacaqlar. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, Hesablama Palatasının yoxlamalarının nəticəsi olaraq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə olunan müraciət əsasında dələduz məxluq haqqında cinayət işi qaldırılıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla həmin faktlar öz təsdiqini tapıb və toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla A.Məmmədovun qulluq mövqeyindən istifadə etməklə külli miqdarda dövlət vəsaitini mənimsəmə və ya israf etməklə talamasında, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı və digər cinayətləri törətməsində şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Belçikanın xüsusi xidmət orqanlarının Arif Məmmədovdan imtina etmələri onu deməyə əsas verir ki, “İnterpola”a ehtiyac olmayacaq. Yəni, Belçika hüquq-mühafizə orqanları onu həbs edib, lazımsız adamcığaz kimi ölkəmizin güc strukturlarına təhvil verəcəklər.
İLHAM ƏLİYEV