Qeyd edək ki, iyunun 8-dək davam edəcək Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.Əsas diqqət ticarət və investisiya əlaqələrinin, o cümlədən kənd təsərrüfatı, əczaçılıq, enerji, logistika və bankçılıq sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə yönəldiləcək.Tədbirdə, həmçinin, "Dubay-Bakı: enerjidən maliyyəyə" panel sessiyasının keçirilməsi gözlənilir. Bu sessiya zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 müzakirə olunacaq.Xatırladaq ki, "KDY Logistics" 2017-ci ildə dəmir yolu ilə yük daşımaları üçün keyfiyyətli xidmət təmin etmək məqsədi ilə yaradılıb. Şirkətin baş ofisi Azərbaycanın paytaxtı Bakıda yerləşir. "KDY Logistics" Azərbaycanda və xaricdə filiallar və birgə müəssisələr tərəfindən təmsil olunur. Rusiyanin Həştərxan vilayətində Kutum stansiyasının ərazisində 60 ha yaxın sahədə fəaliyyət göstərir. Ərazidə gömrük, fitosanitariya postları, laboratoriya, süd və süd məhsullarının gömrük olunması üçün xüsusi vetraniya postu, quru yüklərin saxnaılması üçün hər ölçüdə anbar, dizbaryer,vaqonların qapalı şəraitdə boşalıb yüklənməsi üçün qapalı dəmir yol dalanları var.