PDF Oxu

Siyasət

  • 2 772

Azərbaycan Respublikası arzuolunan tərəfdaşdır ŞƏRH

Azərbaycan Respublikası arzuolunan tərəfdaşdır ŞƏRH

Azərbaycan Respublikasında son illərdə gedən proseslər, baş verən mütərəqqi hadisələr gərgin və məqsədyönlü əməklərin nəticəsi kimi təzahür edir. Respublika bir çox beynəlxalq layihələrə rəhbərlik edir, dünya ictimaiyyəti üçün əhəmiyyətə malik məsələlərdə dəstəkçi olaraq çıxış edir.

32 ili adlamış müstəqillik tariximizdə Azərbaycan dövləti elə dalğalanmaları geridə qoymuşdur ki, bu gün ən güclü dövlətə çevrilmiş bir çox ölkələr bu kimi sınaqları insan tələfatı ilə başa vurmuşdur. Vətəndaş qarşıdurmasının ən ifrat növü olan vətəndaş müharibəsini Azərbaycan xalqı 1993-cü ildə Ulu öndər Heydər Əliyevin təcrübəsi və əzmkeşliyi ilə vüsət olmağa imkan vermədi. Əgər bu gün Azərbaycan dövləti dinamik inkişaf yolundadırsa, riskli geosiyasi ölkədən etibarlı tərəfdaşa çevrilibsə, bu, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin, gələcəyə hesablanmış neft strategiyasının və onun siyasi kursunun davam etdirilməsinin nəticəsidir.

İyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı 30 illik dövlətçilik tariximizə kiçik ekskurs etdi. İlk Enerji sərgisindən bir neçə ay sonra “Əsrin müqaviləsi”nin bağlanmasını ölkənin transformasiyasında dönüş nöqtəsi adlandıran ölkə başçısı eyni zamanda neft sənayesinin dirçəldilməsini iqtisadiyyatımıza verilən “nəfəs” kimi qiymətləndirdi.

Azərbaycanda müxtəlif enerji resurslarının olması danılmazdır. Neft-qaz mənbələri ilə yanaşı alternativ enerji imkanları da çoxdur. Azad edilmiş Qarabağ regionunun imkanları da əlavə olunduğundan hidroelektrik, günəş və külək enerjisi imkanları da bura əlavə olunub. Bu potensialın aktivləşdirilməsi üçün mühüm işlər görülür: BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasimi keçirilib; Qarabağ və Şərqi Zəngəzurda 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi istiqamətində mühüm addımlar atılıb. Gələcəkdə tükənən enerjini bərpaolunan enerji əvəz edəcəksə, ölkəmiz təbii resurslarını dəyərləndirərək, yeni enerji sahələrini inkişaf etdirərək enerji təhlükəsizliyini daimi etməyə çalışır. Çünki enerji təhlükəsizliyi müstəqilliyin təminatıdır.

Bu gün idxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaş kimi Azərbaycan Respublikasını görürlər. Çünki son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişaf mərhələsinə qədəm qoyub və gələcəkdə bu sahədə də tərəfdaş rolu oynayacaqdır.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər