PDF Oxu

Siyasət

  • 3 462

Yaşıl enerjinin istehsalında istehsalçı və investor olan Azərbaycan dövləti ŞƏRH

Yaşıl enerjinin istehsalında istehsalçı və investor olan Azərbaycan dövləti ŞƏRH

Özündə 3 mühüm tədbiri birləşdirən və hər il keçirilən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sahəsində mövcud olan liderlərini bir araya gətirir və diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Prezident cənab İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu təsdiqləyir. Tədbirin iştirakçılarının say tərkibində də artım Azərbaycanın, onun Prezidentinin nüfuzunun, göstərilən etimadın təqdimatıdır. Bütün sahələrdə olduğu kimi, ölkəmiz enerji sektorunda da qazandığı uğurları, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası ilə diqqətdədir. Həmin layihələr ölkələr, xalqlar arasında körpü rolunu oynayır, onları daim bir araya gətirir. Heç şübhəsiz ki, əməkdaşlığın coğrafiyasının ildən-ilə daha da genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Budəfəki Bakı Enerji Həftəsində 30-dan çox ölkədən üç yüzədək şirkət iştirak edirdi.

Cari ilin 4 iyun tarixində başlayan və 3 gün davam edən bu tədbir çərçivəsində yeni əməkdaşlıqlar quruldu, təcrübə mübadiləsi aparıldı və yeni inkişaf istiqamətləri müəyyən edildi. Dövlətimizin başçısı İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışı ölkəmizin enerji sektorunda qazandığı uğurların və onların fonunda qarşıdakı dövrdə görüləcək işlərin təqdimatı oldu. Dövlətimizin başçısı Xəzər Neft və Qaz Sərgisinin 30 il bundan əvvəl, yəni 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynadığını önə çəkdi və bildirdi ki, o vaxtdan bəri bu tədbir miqyasını daha da genişləndirərək enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə hazırda onun adı Bakı Enerji Həftəsidir. Əlbətdə ki, 30 il bundan əvvəlki Azərbaycan başqa idi, müstəqillik yolunda ilk addımlarını atırdı. Həmin illər çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, 20 faizinin işğalı ilə müşayiət olundu. Belə ki, 1993-cü ilin vətəndaş müharibəsi ölkəni uçuruma aparırdı və Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşadı. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında dönüş nöqtəsi oldu.

1994-cü il sentyabrın 20-də Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Həmin saziş Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, ölkəmizə inamı artırdı, etibarlı tərəfdaş kimi tanınmasında və nüfuz qazanmasında əhəmiyyətli rol oynadı. Prezident cənab İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, bu gün 4 iyun tarixi, sadəcə, 20 il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaq. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək 3 Günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.

Azərbaycan illər keçdikcə qaz, elektrik enerjisi ixracatçısına çevrilib. Qeyd edək ki, “Şahdəniz” ölkəmizdə qaz qıtlığına son qoydu. Ona görə ki, ondan əvvəl təbii qazı idxal, indi isə ixrac edirik. Eyni zamanda ixrac imkanlarımız artır. Dövlətimizin başçısıİlham Əliyev bu statistik rəqəmi açıqladı ki, bu il 24 milyard m3-dən artıq olacaq. Azərbaycandan 8 ölkə qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Ona görə ki, Azərbaycandan təbii qaz alan 8 ölkədən 6-sı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası genişlənir.

Builki tədbirdə də mühüm nəticələr əldə edilib. “Şahdəniz” layihəsi vaxtilə böyük enerji strategiyasının əsasını qoyduğu kimi, 2024-cü il iyunun 4-də əsası qoyulan layihələr də bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı olacaq. 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimi çərçivəsində Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması da bunun bariz nümunəsidir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər