PDF Oxu

Siyasət

  • 2 811

Əli Kərimlinin müavini iş başında yaxalandı ANALİZ

Əli Kərimlinin müavini iş başında yaxalandı ANALİZ

“Azadlıq” radiosu yenə də ənənəvi ampluasında çıxış edir

Dağıdıcı müxalifətin ölkəmizdə gedən bütün siyasi proseslərdən kənarda qalması, onların yanlış siyasət aparmaları ilə bağlıdır. Faktlara istinadən demək olar ki, dağıdıcı müxalifət sivil müxalifət institutu kimi vəzifəsini yerinə yetirməkdən uzaqdır. Bu baxımdan inandırıcı deyil ki, sivil müxalifət institutu kimi cəmiyyətə parlaq ideya təqdim etməyi bacarmayan dağıdıcı müxalif ünsürlər ölkəmizə uğur gətirmək gücünə və imkanına malik deyil. Əksinə, görünən ondan ibarətdir ki, bu məxluqlar Azərbaycanın beynəlxalq imicinə ləkə atmağa, uğurlarına kölgə salmağa çalışırlar. Nədən ki, xarici maraqlı dairələr onların qarşısında belə tələblər qoyurlar. Əks halda maliyyə yardımlarından məhrum oluna bilərlər. Necə ki, Müsavat partiyası artıq belə problemlə üzləşib. Yəni, Müsavat partiyası Azərbaycan cəmiyyətində dağıdıcıyönümlü siyasət aparan siyasi partiyalarda olsa da, xarici maraqlı dairələrin etimadını və etibarını itirən partiyalardandır. Çünki üzərinə götürdüyü öhdəliklər və tezisləri icra edə bilməyib. Hətta bu azmış kimi Müsavatın keçmiş başqanı Arif Hacılının imzası ilə partiya vəsiqələrinin satışı həyat keçirilib. Bu da bəzi fondlar tərəfindən heç də yaxşı qarşılanmayıb. Xüsusilə də, Almaniya və Niderland polisinin “Siyasi mühacir” adı ilə çıxış edən bəzi şəxslərin sənədlərinin saxta olmasını aşkarladıqdan sonra Avropanın qaranlıq dairələrinin Müsavat partiyasına olan inamı tamamilə itib. Bu səbəbdən də Müsavat yetkililəri pulsuz-parasız qalıblar. Vəziyyətdən çıxmaq üçün Müsavatın qara bosları Arif Hacılını İsa Qəmbərlə əvəzləsələr də, hələ ki, Avropadakı ağalarının könlünü ala bilməyiblər.

Cəbhəçilərin qrant almaq məsələsində problemləri yoxdur

AXCP isə Müsavatın üzləşdiyi böhrandan uzaqdır. Əli Kərimli bütün resurslarını ABŞ-ın və Avropanın qaranlıq dairələrinin sifarişlərini yerinə yetirməyə səfərbər etdiyindən cəbhəçilərin qrant almaq məsələsində problemləri yoxdur. AXCP funksionerləri hər ay müxtəlif fondlardan qarantlar alırlar. Müxtəlif təxribatlara cəhdlər etmələri, pozucu xarakterli statuslar paylaşmaları məhz aldıqları qrantların layihəsinə daxil edilən məsələlərlə bağlıdır. Ona görə də, bəzi ərazilər üzrə baş verən siyasi, ictimai təxribatlarda Əli Kərimlinin rəhbərlik etdiyi trolların əli olduğu üzə çıxır. İfşa edildikdə, hansısa hüquqi tədbir görüldükdə isə hay-küy qaldırılır, sosial şəbəkələrdə dezinformasiya xarakterli qarayaxma kampaniyası təşkil edirlər. Sanki bu kimi ifşaedici məqamlar onların maraqlarına xidmət edir.

“Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı”

Fikir verin, AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmov başqasının evinə qanunsuz olaraq daxil olduğuna görə Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zəruri tədbiri Ə.Kərimli və trol dəstəsi onlara göstərilən “siyasi təzyiq” vasitəsi olaraq qiymətləndirməyə çalışırlar. Lakin polisin açıqladığı məlumatlar ilginc faktları ortaya qoyur. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Səs” qəzetinə bildirilib ki, iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub: “Şirvan şəhər polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib. Fakt üzrə araşdırma aparılır”.

Göründüyü kimi, polis öz vəzifə borcunu yerinə yetirib. Yəni Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə edilən zəng əsasında göstərilən ünvana gedib və oğrunu iş başında yaxalayıb. Ə.Kərimli və ətrafında olan qarayçı dəstəsi isə yeni qrant xəttinin açılması fürsətindən yaralanmaq üçün geniş formada qarayaxma kampaniyası aparırlar. Belə demək mümkünsə, “Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı” məsəlinə uyğun olaraq polisin haqq işinə kölgə salmağa çalışır və oğurluğa cəhd edən sədr müavinini təmizə çıxartmağa çalışırlar. Halbuki, polisin yaydığı məlumatda da qeyd edildiyi kimi, A.Məhərrəmov dəfələrlə törətdiyi cinayət əməlinə görə həbs olunub və məhkumluq həyatı yaşayıb. A.Məhərrəmov törətdiyi cinayət əməllərinin əsas hissəsini oğurluq əməllərinə görə edib. Bu səbəbdən də, oğurluğa öyrəncəli olan A.Məhərrəmovun daha bir oğurluq etməsi təəccüblü görünə bilməz. Ə.Kərimlinin və trol dəstəsinin oğrunu müdafiə etməyə cəhd etmələri isə elə oğru ilə şərik olmaq deməkdir. Diqqətçəkən məqam ondan ibarətdir ki, Ə.Kərimlinin təmsil olunduğu şəbəkənin bütün təmsilçiləri verilən tezisə uyğun olaraq oğrunun xeyrinə hay-küy qaldırırlar. Bu məsələdə onların yanında şeytan yuvası hesab edilən “Azadlıq” radiosu xüsusi fəallığı ilə yer alır. “Azadlıq” radiosu ucun alıb ucuzluğa gedir, düyünlər hörür, tapmacalar ifadə edir və nəhayət, nümayiş etdirməyə çalışır ki, guya həbs olunan və sonradan sərbəst buraxılan Ə.Kərimlinin müavini Ayaz Məhərrəm şüşə kimi şəffafdır. Radio məsələ ilə bağlı “dərin təhlil”lərində oğrunu “siyasi məhbus” olaraq təqdim etməyə çalışır. Bəzi özünəməxsus araşdırmalar da aparır. Sonda Ə.Kərimlinin dəfələrlə uydurduğu yalanları qeyd edir və bildirir ki, guya Azərbaycan həbsxanalarında 250-300 nəfər “siyasi məhbus” var. Fəaliyyəti yalnız yalan və böhtan üzərində qurulan radionun fikirləri təbin ki, qəbul edilən deyil. Həm də cəmiyyət bu radionun AXCP sədri Əli Kərimlinin qara işlərini ört-basdır etməyə çalışan təbliğat maşını olduğunu anlayırlar. Ona görə də, “Azadlıq” radiosunun oğurluq üstündə yaxalanan A.Məhərrəmovun polis tərəfindən yaxalanmasına qeyri-ciddi reaksiya verib, cəfəng iddialarla çıxış etməsi boşboğazlıqdan və sifarişli şəkildə hay-küy qaldırmaqdan başqa bir şey deyil.

İLHAM ƏLİYEV

Digər xəbərlər