Siyasət

  • 1 740

Azərbaycan Prezidenti İlham Əliyevin Misirdə rəsmi qarşılanma mərasimi olub

image

İyunun 8-də Misirin paytaxtı Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısının şərəfinə toplardan yaylım atəşi açıldı.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Respublikasının və Misir Ərəb Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Azərbaycan və Misir prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Misir nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Prezident Əbdülfəttah əs-Sisiyə təqdim olundu.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Digər xəbərlər