PDF Oxu

Siyasət

  • 1 930

Azərbaycan Ulu Öndərin siyasəti nəticəsində enerji sahəsində dünyanın mərkəzi olub ŞƏRH

Azərbaycan Ulu Öndərin siyasəti nəticəsində enerji sahəsində dünyanın mərkəzi olub ŞƏRH

Azərbaycan neft və qaz istehsalı iləbölgənin və dünyanın vacib ölkələrindən biri hesab olunur.Ancaq təəssüflər olsun ki, bu sərvətdən gələn gəlir uzun illər düzgün formada xalqın mənafeyinə uyğun istifadə olunmayıb. İstər Çar Rusiyası dövründə, istərsə də Sovet dövründə ölkəmizin təbii sərvəti mənimsənilmişdir.1991-cu il oktyabr ayında Azərbaycan öz müstəqilliyini elan etmişdir. Lakin 1991-1993-cü illər aralığında baş verən hadisələr- məcburi köçkün axını və hakimiyyət uğrunda gedən münaqişələr ölkənin müstəqilliyini təhlükə altına alırdı. Nəzərə alsaq ki,Azərbaycanın təbii sərvətlərinin çoxluğu başqa dövlətlərin diqqət mərkəzində olmuşdur.

1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı, onun idarəetməni öz əlinə alması ilə ölkədə hər şeyi dəyişdirdi. Ölkənin ağır iqtisadi vəziyyətini nəzərə alan Heydər Əliyev təbii sərvətlərdən çox məharətlə istifadə etməyi planlaşdırdı. Hər şey bu sərgi ilə başladı. Məhz Xəzər Neft və Qaz Sərgisi zamanı bir çox məşhur şirkətlər Azərbaycana gəlmiş ölkəmizin sərvətləri ilə yaxından tanış olmuşdular. Bu sərgidən qısa bir müddət sonra ölkəmizüçün ən əhəmiyyətli müqavilə olan “Əsrin müqaviləsi” imzalanmışdır.

1994-cu ildəki bu hadisələr xəzərin dərinliklərinin daha yaxşı öyrənilməsini qarşıya məqsəd qoydu, neft vəqaz ixracı üçün yollar axtarıldı. Artıq Azərbaycan etibarlı enerji ixracatcısı olan ölkə kimi tanınır. Avropanın 8 ölkəsi Azərbaycanda istehsal olunan qazdan səmərəli istifadə edir. Azərbaycanın neft strategiyasında özünəməxsus yer tutan “Xəzər Neft və Qaz” sərgisi də bu1994-2003-cü illərdə, ümumilli lider Heydər Əliyevin hakimiyyəti dövründə baş tutub. Tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir.Ötən illər ərzində nüfuzu artan, əhatə dairəsi genişlənən, iştirakçılarının sayı çoxalan bu beynəlxalq tədbirin öz ünvanını dəyişməyərək məhz Azərbaycanda keçirilməsinin bir sıra səbəbləri var. Onlardan ən başlıcası budur ki, həmin sərginin təşəbbüskarı və təşkilatçısı ulu öndər Heydər Əliyev olub. Xarici şirkətlər Azərbaycana bu gün də həvəslə gəlirlər. Həm sözügedən ənənəvi tədbirdə iştirak etməyə, həm də ümumiyyətlə, yeni neft-qaz layihələrində tərəfdaşlıq etməyə. Sərginin təşkilatçısı olan "İteca Caspian" şirkətinin verdiyi məlumata görə, builki ekspozisiya meydançalarının əsas hissəsini tədbirin daimi iştirakçıları olan tanınmış şirkətlər tutub.Hər il keçirilən “Caspian Oil & Gas” neft-qaz sahəsinin mütəxəssislərini bir araya gətirir. “Caspian Oil & Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. Ölkə Prezidenti İlham Əliyevin hər dəfə tədbirin açılışında iştirakı, ekspozisiyalarla tanış olması sərgi-konfransın əhəmiyyətini bir daha təsdiqləyir.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər